Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Son 50 ilin ən yaxşı üç romanı– SORĞU

Son 50 ilin ən yaxşı üç romanı

 

Son 50 ilin ən yaxşı üç romanı hansıdır? 

 

Yenixeber.org: Bu barədə yazıçılarımız arasında sorğu keçirib. 

Cavabları təqdim edirik. Məlumat üçün bildirək ki, bəzi yazıçıların siyahısı üçlüyə sığışmayıb, yaxud onlar yalnız Azərbaycan ədəbiyyatından seçiblər.      
 
Fəxri Uğurlu
 
Qabriel Markes “Yüz ilin tənhalığı”,  Çingiz Aytmatov “Gün var əsrə bərabər”, Orxan Pamuk “Qara kitab”.
 
Nəriman Əbdürrəhmanlı
 
Q.Q.Markes “Yüz ilin tənhalığı”,  Otar Çiladze “Uğruma çıxan adam”, Orxan Pamuk “Mənim adım qırmızı”.
 
Rüstəm Kamal
 
Dino Buzatti “Tatar çölü”, İtalo Kalvino “Bir qış günü əgər bir yolçu”, Yevgeniy Vodolazkin “Lavr”, Kobe Abe “Qutu insan”
 
Aqşin Yenisey
 

Kobo Abe “Qumluqdakı qadın”, Günter Qrass “Tənəkə təbil”, Joze Saramaqo “İsanın İncili”.
 
Natiq Məmmədli
 
“Yüz ilin tənhalığı”. Yalnız Markes. Mən oxuduqlarımdan heç biri ona çata bilməz.
 
Elçin Hüseynbəyli
 

Düzü, bu cür təsnifatlar və qiymətləndirmələr ürəyimcə deyil. Mənimçün maraqlı mətn və yazıçılar var, ancaq "ən" epitetini sevmirəm. Cəlil Məmmədquluzadənin hekayələrini, Şalom Aleyxumun "Südçü Tevye"sini, Andrey Platonovun əsərlərini (siyahını uzatmaq olar) dönə-dönə və ləzzətlə oxuyuram. Bilmirəm, onlara ən yaxşı demək olar, ya yox. Həm də bunlar sizin sorğunuzun cavabı deyil. Çünki bu yazıçılar 100 ildir yoxdurlar. Yusif bəy Vəzirin (mənə görə müəllifin adı belədir, romanımda da bunu təsdiq eləmişəm) "Əli və  Nino" romanını da sevirəm, amma o da 100 il qabağın əsəridir. Sizə bir şey deyim. Orxan Pamuku hamı tərifləyir, amma mənə görə adi yazıçıdır. Ondansa Haruki Murakami daha cəlbedicidir. Əgər mütləq üç əsər seçməyimi istəyirsinizsə, məcburam öz ədəbiyyatımızdan deyim. Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi”, Elçin Hüseynbəylinin "141-ci Don Juan" romanı, Şərif Ağayarın "Gülüstan" romanı... Qalanları var e, amma yadıma düşmür. Hər halda "ən yaxşı" ifadəsi ilə razı deyiləm və bəlkə ona görə də cavablarım əndrabadi görünür.
 
Qismət
 
Son 50 ildən söhbət gedirsə, demək indiki əsrdən 17 il, ötən əsrdən 33 il götürürük, beləliklə, təxminən XX əsrin 70-ci illərindən bu yana yazılan romanlar arasından seçim etməliyik. Çətin məsələdir, çünki çox böyük həcmdən söhbət gedir, biz isə yalnız oxuduqlarımızdan (əldə edə bildiklərimiz) çıxış edə bilərik, bunlar isə həmişə azdır. Bu mənada mənim seçimdə də qaçılmaz şəkildə subyektiv və məhdud olacaq, üstəlik, üç romanla kifayətlənə bilməyəcəm. Mənim tələsik və sıxışdırılmış variantım belədir:
 
1. Vladimir Nabokov – “Ada və ya arzu” (1969)
2. Jorj Perek – “Həyatdan istifadə qaydaları” (1978)
3. İtalo Kalvino – “Əgər bir qış gecəsi bir səyyah...” (1979)
4. Salman Rüşdü – “Gecəyarısı uşaqları” (1980)
5. Milorad Paviç – “Xəzər lüğəti” (1984)
6. Pol Oster – “Nyu-York trilogiyası” (1987)
7. Culian Barns – “10,5 hissədə dünya tarixi” (1989)
8. Orhan Pamuk – “Qara kitab” (1990)
9. Roberto Bolano – “Vəhşi xəfiyyələr” (1998)
10. Enrike Vila-Matas – “Bartlbi və çevrəsi” (2000)
11. Cefri Yevgenidis – “Middlesex” (“Orta cins” kimi çevirmək olar) (2002)
12. Conatan Safran Foer – “Hər şey aydınlandı” (2002)
 
Cəlil Cavanşir
 
Don Delillo "Ağ gurultu", Milan Kundera "Ölümsüzlük", Lui de Berner "Kapitan Korellinin Mandalinası".
 
Sevinc Elsevər
 
"Mənim adım qırmızı", Orxan Pamuk, "Müharibənin qadın olmayan üzü" - Svetlana Alekseyeviç, "Qanköçürmə stansiyası" - Sabir Əhmədli... Sonuncuya povest deyirlər anma. Bunlar oxuduqlarımdı.  Ola bilsin oxumadığım əsərlər arasında daha yaxşıları var. Orxan Pamukun  6 romanını oxumuşam. Amma ən çox "Mənim adım Qırmızı" təsirləndirib.  Əsərin strukturu-filan.  Qərb-Şərq mövzusu. Amma 3 əsər seçmək çətinə salır adamı. Azərbaycanda son əlli ildə yazılan yaxşı əsərlərin sayı çoxdur.  Hətta son 20 ildə də yaxşı əsərlər yazılıb.
 
Cavid Zeynallı
 
Orxan Pamuk “Mənim adım qırmızı”, Mustafa Məstur “Tanrının ay üzündən öp”, Markes “Polkovnikə heç kim yazmır”
 
Kamran Nəzirli
 
Azərbaycan ədəbiyyatından İsmayıl Şıxlının "Dəli Kür" romanı,
Rus ədəbiyyatından Konstantin Paustovskinin "Həyat haqqında povest" romanı, dünya Ədəbiyyatında Qabriel Markesin "Gözlənilən bir qətlin tarixçəsi".
 
Mirmehdi Ağaoğlu
 
"Yüz ilin tənhalığı", "Gecəyarı uşaqları", "Qara kitab"
 
Ayxan Ayvaz
 
Culian Barns “Aqibət duyğusu”, Kazuo İşuquro “Məni əsla tərk etmə”, Orxan Pamuk “Məsumiyyət muzeyi”
 
Azad Yaşar
 
Çingiz Aytmatov “Gün var əsrə bərabər” (1980), Kobo Abe “Qutu insan” (1973), Frederik Beqbeder “Romantik eqoist” (2005)
 
Rəbiqə Nazimqızı
 
Markes “Yüz ilin tənhalığı”, Orxan Pamuk “Qara kitab”, Viktor Pelevin “Omon Ra”.
 
Mətləb Muxtarov
 
Qabriel Qarsiya Markes "Yüz ilin tənhalığı", Salman Rüşdi "Gecəyarı uşaqları", Milan Kundera "Ölümsüzlük"

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam