Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

VÜQARLA YAŞA


 

Yenixeber.org:  

 

Yalnız şerin dili belə danışar,

Onun hikmətində Allah gücü var.

                               Səməd Vurğun

 

Ləyaqət yolunda ehtimamlığın,

Sənin məğrurluğun, dözümlüyündür.

Sədaqət uğrunda alovlanmağın,

Mətin yaranmağın üstünlüyündür.

 

Əl yetir məqamda çətin günündə,

Kəc baxma kasıba dərd-sərində ol.

Ruh gəzdir cismində qəmgin qəlbində,

Yox demə yoxsula köməyində ol.

 

Öncülol ağılda, dərin dərkində,

Əzizlə qəlbində vüqarla yaşa.

 Ulu ol durumda, gərgin ömründə,

Fəhminlə dönəmdə varınla yaşa.

 

Dünyanı görməyi, dərk eləməyi,

Bilməyi istəsən get məziyyətə.

Xeyirli bilgini, itirməməyi,

Bəhrəni istəsən döz əziyyətə.

 

 

İncitmə özündən dostu, qardaşı,

Üzülüb bitirmə haqqı, salamı.

Küsdürmə cismindən qonşu,sirdaşı,

Qoruyub itirmə yaxşı  nizamı.

 

Özünə hörməti axtarma qazan,

Sözünə qiyməti dedirtmə daşa,

İtirmə mürvəti tapdama qazan,

Unutma insafı vicdanla yaşa.

 

T E D PÜNHAN 21.03.2017-ci il

x     x     x     x     x     x     x     x      x

 

İKİNCİ  HİSSƏ

 

DARDA DAYAQSAN

Şerimiz, sözümüz, elmimiz də var,

Arif yaşamşıdır bizim babalar.

                                     Səməd Vurğun

Düşünüb danışdın, yaratdın sözü,

Tarixə yazıldın Atalar kimi.

Nurlanıb alışdın közərtdin közü,

Şöhrətə qovuşdun ustadlar kimi.

 

Zəhmətə qatlaşıb əziyyət çəkib,

Bilginlə iz qoudun elmin yolunda.

Əməyə alışıb fəzilət bilib,

Dərkinlə parladın ömrün sonunda.

 

Elminin ayəsi-fəlsəfəsisən,

Elitin zöhrəsi- şəmsiyyəsisən,

Qeyrətin zadəsi-vəliəndisən,

Qayənin mirzəsi-münəvvərisən.

 

Şeirdə Pünhansan, darda dayaqsan,

Ölkədə sərvətsən, haqda sayıqsan.

Əvəzsiz ideya cahanda məşhur,

Bənzərsiz bilgiylə qəlbində qürur.

Zəhmətin bar verdi istehsalatda,

Şöhrətlin şan verdi-qızıl medalda.

Tərlansan elminin oylaqlarında,

Ulusan Vətənin torpaqlarında.

 

 

 

Lüğətdə ehtimamlıq-səylə yaşama,səy gostərmə; ulu-ən böyük, ən qədim; məziyyət- üstünlüyü göstərən xüsusiyyət, fayda, qiymət; fəzilət- kamillik, alicənablıq, comərdlik, gözəl, əxlaq, bilik, mərifət; ayə- Ouran surələrindəki cümlələrin hər biri; elit-seçilən, sayılan adamlar, cəmiyyətin yüksək təbəqəsi;ustad-korifey; şəmsiyyə-işıqlı səma cismi, günəş; vəliənd-dövrün məşhur şəxsi; qayə-məqsəd, arzu, niyyət; münəvvər-işıqlı, nurlu, ziyalı; şan-ad,san, şöhrətkimi izah olunur.

 

 

Quliyev Elxan Sarı o.                 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam