Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ODLA OYNAYIRIQ

 

"Xeberinfo.com":   
Bahar axtarırıq--bayırda qışdı.
Bilmirik sevgidi, ya aldanışdı.
Mənim gözlərimdə alovlu ümid
Sənin gözlərində bu nə yağışdı
Odla oynayırıq, odla.əzizim.

Dünyanın qayğısız uşaqlarıtək
Ümid işığına isinə billik.
Bir anın içində əriyib şam tək
Dəli sevgimizlə biz dinə billik
Odla oynayırıq, odla, əzizim.

Adının nə vaxtsa itmək qorxusu
Adımın nə vaxtsa yad olması var
Sənin ürəyinin sevmək qorxu
Gözümün dolmas, boşalması var
Odla oynayırıq, odla, əzizim.

Bağışla harayın gecikər yaman
Əllərin yarpaqtək əsər yolumda.
Mənim özüm boyda günah yükümü
Pərişan bir söyüd çəkər yolumda
Odla oynayırıq, odla, əzizim.

Elə bil, elə bil hər şey nağılmış
Yanar qəlbimizdə son haray bizim
Küləklər səni də aparar gedər
Cağırmaq istərəm,qırılar səsim.
Odla oynayırıq, odla,.əzizim.

NADİR ZİYADLI( qıpçaq)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam