Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Trampla Makron arasında- telefon danışığı:Suriya və İran məsələsi müzakirə edilib

ABŞ prezidenti Donald Trampla Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Yenixeber.org: Məlumata görə, dövlət başçıları Suriyanın şimal-qərbində yaranmış vəziyyəti, həmçinin İranın nüvə fəaliyyətini müzakirə ediblər.

“Liderlər G7-nin qarşıdakı sammitini, MAQATE-nin İran rejiminin nüvə fəaliyyətinin monitorinqi üzrə səylərini, həmçinin Suriya rejiminin ölkənin şimal-qərbində humanitar böhrana səbəb olan hücumlarını müzakirə ediblər”, – deyə Ağ Evin yaydığı xəbərdə bildirilir.

Liderlər həmçinin koronavirusun yayılmasına əks təsir üçün birgə işləməyi razılaşdırıblar.

ABŞ və Fransa prezidentləri Donald Tramp və Emmanuel Makron hələ ötən ilin noyabrında baş tutmuş telefon danışığının gedişatında Suriya üzrə əlaqələri uyğunlaşdırmağa razılaşdırıblar. Dövlət başçıları həmçinin İranın nüvə proqramı ilə bağlı narahatlıqlarını ifadə ediblər. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam