Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Aİ Şimali Koreyaya qarşı - sanksiyaların müddətini uzadıb

Avropa İttifaqı (Aİ) ABŞ-dan nümunə götürərək Şimali Koreyaya qarşı sanksiyaların müddətini uzatmaq qərarına gəlib.

Yenixeber.org:  Bu barədə Aİ Şurasının müvafiq bəyanatına istinadən RİA "Novosti" məlumat yayıb.

Bildirilir ki, sanksiya tədbirləri yenidən KXDR-in fiziki və hüquqi şəxslərinə şamil ediləcək. Onların tətbiq edilmə səbəbi ölkədə nüvə silahı və ballistik raket istehsalıdır.

Sənəddə bildirilir ki, Şura 57 fiziki və 9 hüquq şəxs üçün aktivləri əlçatan etməmək və hərəkət etmək məhdudiyyətini aradan qaldırmamaq barədə qərar qəbul edib.

Aİ-nin sanksiya siyahısında həmçinin BMT Təhlükəsizlik Şurasının əvvəllər xatırlatdığı KXDR-dən olan 80 fizki və 75 hüquqi şəxsin də adı keçir.

Daha əvvəl ABŞ-ın Şimali Koreyaya qarşı sanksiyaların müddətini uzatdığı məlum olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam