Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

ABŞ-dakı səfirliyimiz "Vaşinqton Post"a irad tutdu

 

"Qəzet Azərbaycandakı hadisələri qeyri-obyektiv işıqlandırır"

 

"Xeberinfo.com": Azərbaycanda baş verən hadisələrin ABŞ-ın "Vaşinqton Post" qəzetindəki şəkildə işıqlandırılması nə ölkənin geniş şəkildə etiraf edilən uğurlarını, nə Azərbaycanla Amerika arasında olan möhkəm tərəfdaşlıq münasibətlərini əks etdirir. Bu barədə Azərbaycanın Amerikadakı səfirliyinin müşaviri Məmməd Talıblının həmin qəzetdə dərc edilmiş məqaləsində deyilir.
Məqalədə bildirilir: "Dekabrın 12-də dərc edilmiş "Xəzərdə distopiya" adlı redaksiya məqaləsindəki iddiaların əksinə olaraq, Azərbaycan xalqı bu gün firavan, sabit, azad və həqiqətən müstəqil dövlət quraraq öz əsrlik arzularını gerçəkləşdirir”.
M.Talıbovun sözlərinə görə, jurnalist Xədicə İsmayılovanın işinə Azərbaycan qanunvericiliyi çərçivəsində baxılır. Birləşmiş Ştatlarda bu yaxınlarda baş verən hadisələrin göstərdiyi kimi, məhkəmə qərarları heç də həmişə hamı tərəfindən qəbul edilmir və bəzi hallarda hətta kütləvi etiraz aksiyalarına təhrik edir.
Məqalədə deyilir ki, istənilən halda Azərbaycanda da, Birləşmiş Ştatlarda da qanuna hörmət olunmalıdır və bütün vətəndaşlar, eləcə də jurnalistlər qanun qarşısında bərabər olmalıdırlar: “Hesab edirəm ki, insan haqlarının və demokratiyanın irəliləməsini əmrlərin deyil, nümunələrin köməyi ilə həyata keçirmək daha yaxşıdır. Bu, xüsusilə Birləşmiş Ştatların öz dostları ilə, o cümlədən Azərbaycanla danışdığı hallara aiddir”.
O, həmçinin qeyd edib ki, Ermənistanın işğalı nəticəsində öz ev-eşiyini məcburi tərk etmiş yüz minlərlə azərbaycanlının humanitar ehtiyacları ilə bağlı narahatlığın ifadə edilməsi tərəflər arasında daha etibarlı ünsiyyətin qurulmasına əhəmiyyətli dərəcədə yardım edir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam