Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Dağlıq Qarabağda Erməni əsgər öldürüldü

 

19 yaşlı David Koloyanın meyiti Ağdam istiqamətində tapılıb

İşğal edilmiş Dağlıq Qarabağda daha bir erməni əsgər öldürülüb.

"Xeberinfo.com":  Məlumata görə, 1995-ci il təvəllüdlü David Koloyan cəbhə xəttinin Ağdam hissəsində yerləşən hərbi hissələrdən birində öldürülüb. Ermənistan tərəfi əsgərin hansı şəraitdə öldürülməsi haqda informasiya vermir.

Qeyd edək ki, Ermənistan müdafiə naziri Seyran Ohanyan ötən gün çıxışında 2014-cü ilin Ermənistan ordusu üçün ağır il olduğunu bəyan etmişdi.

ANS PRESS-in məlumatına görə, Ohanyan jurnalistlərə açıqlamasında bildirib ki, bu ilin ilk faciəsi Ermənistan silahlı qüvvələrinin giziri Armen Ovanisyanın Qarabağda döyüşlər zamanı ölməsi olub.

“Ordumuz üçün ən gərgin vaxt isə iyul-avqust aylarında təmas xəttində şiddətli döyüşlərin getməsi oldu. Bu ilin ən pik nöqtəsi isə Mi-24 helikopterinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulmasıdır. Həmin an 3 pilotumuz həlak oldu”, deyə Ohanyan bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam