Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

NASA-dan xəbərdarlıq

 

Dekabrın 22-dək maqnit qasırğaları gözlənilir.

"Xeberinfo.com": Maqnit qasırğaları normal hadisədir. Lakin bir sıra hallarda insanlarda yorğunluq, baş ağrısı meydana çıxa bilər. Maqnit qasırğaları zamanı xroniki xəstəliklər kəskinləşir, ölüm hadisələri artır. Statistika bunu təsdiq edir.

Şimali Atlantika Kosmik Agentliyinin (The National Aeronautics and Space Administration, NASA) rəsmi saytı xəbər verir ki, dekabrın 16-dan 22-dək Yerdə son üç əsrdə görünməmiş ən güclü maqnit qasırğası gözlənilir. Bu anomaliya zamanı günəş işığının 90 faizə qədərinin qarşısı kəsiləcək.

Hava dəyişikliklərinə qarşı həssas olan insanlarda adətən baş ağrıları, ürək ritminin pozulması, yüksək stress qeydə alınır. Hadisə böyük təhlükə törətmir. İnsan yaşadığı müddətdə iki minədək maqnit qasırğası ilə qarşılaşır. 2003-cü ildə alimlər günəşdə ən güclü partlayış qeydə almışlar ki, bu da planetimizin bir çox sakinlərinin sağlamlığına təsir göstərib. Tibb işçiləri meteohəssas insanlara fiziki işlə ehtiyatla məşğul olmağı, daha çox dincəlməyi, maye qəbul etməyi məsləhət görürlər. Yaxşı olar ki, kompleks vitaminlər, yaxud təzə meyvə və tərəvəz qəbul edilsin


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam