Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

ABŞ-ın hərbi büdcəsi açıqlandı

 

ABŞ Konqresinin Senatı müdafiə siyasəti haqqında qanun layihəsini təsdiq edib.

"Xeberinfo.com":  “APA-Economics”in “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, qanun layihəsi dövlət büdcəsindən ABŞ-ın hərbi xərclərinə 577 mlrd. dollar, o cümlədən 64 mlrd. dollar xarici ölkələrdə hərbi əməliyyatların aparılmasına ayrılmasını nəzərdə tutur.

Nümayəndələr Palatası qanun layihəsini dekabrın 4-ü təsdiqləyib. İndi isə sənəd imzalanması üçün ABŞ prezidenti Barak Obamaya göndərilib.

Qanun layihəsinə əsasən, Pentaqonun baza büdcəsi 496 mlrd. dollar həcmində təsdiqlənib. Bundan 64 mlrd. dolları dünyanın bütün münaqişə zonalarında, o cümlədən Əfqanıstandakı hərbi əməliyyatlarda iştirak etmək üçündür.

Sənəd “İslam hökuməti” adlanan terrorist qruplaşması ilə mübarizə üçün İraqhərbçilərinin, o cümlədən kürd silahlıları və Suriyanın müxalifətinin hazırlanmasına da sanksiya verir.

Bundan başqa, Energetika Nazirliyinə nüvə silahı üzərində işlərin aparılması üçün 17,9 mlrd. dolların ayrılması nəzərdə tutulur.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam