Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Türkiyə mətbuatında erməni təxribatı

 

Qəzet öz saytında “DQR”i müstəqil dövlət kimi göstərib; kəskin etirazlardan sonra siyahı yığışdırılsa da, heç bir açıqlama verilməyib

"Xeberinfo.com": Türkiyənin “Sabah” qəzeti öz saytında dünya ölkələrinin siyahısını dərc edib və yanlışlığa yol verib. Belə ki, qəzet öz saytında dərc etdiyi dünya ölkələrinin siyahısına “Dağlıq Qarabağ Respublikası”nı da salıb. Qəzetdə yer alan “3 paytaxtı, 11 rəsmi dili və 5 müxtəlif dildə sözləri olan himni var!” adlı məqalədə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisi “Dağlıq Qarabağ Respublikası” kimi göstərilib. 

Bu isə Azərbaycanda ciddi narazılığa səbəb olub. Deputatlar, politoloqlar,  QHT-lər fakta etirazlarını bildiriblər.
Milli QHT Forumu da Türkiyənin nüfuzlu “Sabah” qəzetində yazılanlara etiraz bəyanatı yayıb. Bəyanatda bildirilir ki, bu kimi yazılar Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərə zərbə vurmaq istəyənlərə xidmət edir: “20 ildən artıqdır ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib, minlərlə azərbaycanlını girov götürüb, on minlərlə insanı qətlə yetirib. Ermənilər qoca, uşaq, qadın demədən azərbaycanlılara bəşəriyyətin görmədiyi işgəncələri veriblər. 
Bütün bunlara baxmayaraq, Türkiyədə nəşr olunan ”Sabah" qəzeti Azərbaycanın işğal olunmuş ərazilərini ermənilərə məxsus dövlət kimi göstərib. Dünyanın heç yerində tanınmayan, qəbul edilməyən qondarma və terrorçu bir qrupun “Sabah” qəzetində müstəqil dövlət kimi təqdim olunmasını Azərbaycanın ərazi bütövlüyünə qarşı təhdid hesab edirik. 
Biz Azərbaycan Milli QHT Forumunun üzvü olan 648 QHT rəhbərləri qardaş bir ölkədə fəaliyyət göstərən “Sabah” qəzeti bu yazı ilə on minlərlə azərbaycanlı şəhidlərin ruhunu, ölkədə və dünyada yaşayan milyonlarla azərbaycanlını və türkü təhqir edib. Bundan irəli gələrək “Sabah” qəzetinin rəhbərliyindən bu məsələ ilə bağlı Azərbaycan xalqından üzr istəməsini, təkzib verməsini tələb edirik".
Deputat Zahid Oruc isə sia.az-a açıqlamasında qeyd edib ki, “Sabah” qəzetində dərc edilən siyahı təəssüf doğurur: “Çünki bu mətbu orqanın dünya arenasında özünəməxsus yeri və rolu olduğu hər kəsə məlumdur”. Deputat deyib ki, qəzetdə çalışan hər bir jurnalistin prosesləri araşdırma imkanı var: “Bu baxımdan hər hansı bir materialı dərc etməzdən öncə jurnalist müəyyən məsələləri araşdırmalı, daha sonra yazını dərcə verməli idi. Dağlıq Qarabağ necə müstəqil dövlətdir ki, bunu dünyanın siyasi xəritəsində tapmaq mümkün deyil? Bu, onların ermənilərə simpatiyalarının göstəricisi sayıla bilər”. Millət vəkili qeyd edib ki, sözügedən qəzet rəhbərliyi təkzib xarakterli yazı verməli və Azərbaycandan üzr istəməlidir: “Dağlıq Qarabağ ermənilər tərəfindən işğala məruz qalmış ərazidir. Nəzərə alsınlar ki, Dağlıq Qarabağın saxta dövlətçiliyini Ermənistan parlamenti gündəmə gətirsə də reallaşdırmaq mümkün olmayıb. Bunlar hansı sənədə əsasən Dağlıq Qarabağı müstəqil dövlət kimi siyahıya salıb, onunla bağlı açıqlama versin”.
Deputat Elmira Axundova da baş verənlərə etirazını bildirib: “Türkiyənin ”Sabah" kimi böyük qəzeti bilməlidir ki, “Dağlıq Qarabağ Respublikası” müstəqil dövlət deyil. Ona görə də bu yazıya görə məsuliyyət daşımalıdır".
Millət vəkili bildirib ki, belə bir münasibəti hər bir ölkəndən, hətta MDB-yə üzv dövlətlərdən gözləmək olar, ancaq Türkiyədən əsla.
E.Axundova bəyan edib ki, heç bir halda bu məsələyə görə “Sabah” qəzetinə bəraət qazandırmaq olmaz.
Siyasi İnnovasiya və  Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu isə bildirib ki, Türkiyənin “Sabah” qəzeti təxribatla məşğuldur. “Sabah” qəzetinin mövqeyi Türkiyə ilə Azərbaycan arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin ruhuna ziddir və  erməni dəyirmanına su tökmək məqsədi daşıyır",- deyə o bildirib. 
Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) da Türkiyənin “Sabah” qəzetində yazılanlarla bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, Türkiyə mətbuatında son dövrlər başlanmış bu zərərli tendensiya vahid mərkəzdən idarə olunur: “Təsadüfi deyil ki, bir müddət öncə Azərbaycanın hava sərhədlərini pozan helikoptelin vurulmasına münasibət bildirərkən Türkiyənin CNN kanalının aparıcısı da Dağlıq Qarabağ muxtar vilayətini müstəqil dövlət kimi təqdim edib. Türkiyənin nüfuzlu bir media qurumu tərəfindən bu cür kobud səhvə yol verilməsi Azərbaycan torpaqlarının ərazi bütövlüyünə qarşı böyük hörmətsizlikdir”.
Qeyd edək ki, Azərbaycan tərəfindən, xüsusilə media qurumlarında başlanan etirazdan sonra qəzetin rəhbərliyi həmin siyahını saytdan təcili olaraq yığışdırıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam