Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Nazir müavini canlı efirdə deputata hücum edib– VİDEO

    

Nazir müavini canlı efirdə deputata hücum edib – VİDEO
Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilər və Daxili Köçürülmüş Şəxslərin Məsələləri üzrə nazir müavini Yuri Qrımçak “ZIK” telekanalının canlı efirində yayımlanan “Narod protiv” siyasi tok-şousunda Ali Radanın deputatı Yevgeni Murayevə hücum edib.
 Yenixeber.org: Məmurun bu cür aqressiv davranışına səbəb deputatın bu günlərdə Ukrayna ilə Rusiya arasında Kerç boğazında baş vermiş insidentin Kiyevin təxribatı olmasını deməsidir. 

“Bu münaqişədə Rusiya Federasiyası maraqlı deyildi. Düşünürəm ki, bu insidentin sayəsində məqsədlərdən birinə – ABŞ və Rusiya prezidentlərinin “G20” sammitindəki görüşünün pozulmasına nail olundu” – Murayev bildirib. 

Deputatın sözlərindən qəzəblənən nazir müavini onu təhqir edərək əli ilə vurmağa çalışıb və daha sonra Murayevin dayandığı studiya tribunasına təpiklə zərbə vurub. Zərbənin gücündən tribuna dağılıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam