Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Nazir müavini Gürcüstan prezidentini aşağıladı

 

Gürcüstanın daxili işlər nazirinin 1-ci müavini Levan İzoriya vətəndaşların gizli dinlənilməsi ilə bağlı qanun layihəsinə prezident Gergi Marqvelaşvilinin veto qoymasını “məsuliyyətsiz qərar” adlandırıb.

 "Xeberinfo.com": Gürcü KİV-ə istinadən xəbərə görə, onun fikrincə, prezidentin vetosu hazırlıqsız qərardı və prosesin özü də bunu göstərir.

“Bu, nonsensdir ki, veto şifahi şəkildə qoyulur. Veto özünün hüquqi təbiəti etibarilə parlamentin qəbul elədiyi qanun layihəsi ilə bağlı qanunverici qeydləri ehtiva edir. Amma üstündən bir neçə saat keçsə də, qeydlər təqdim edilməyib. Belə hazırlıqsız, üstəgəl, məsuliyyətsiz yanaşma ölkənin təhlükəsizliyini təhlükə altına salır”, - deyə o vurğulayıb.

Nazir müavini istisna eləmir ki, bu cür “məsuliyyətsiz qərar” üzündən qanunun qəbulu dekabrın 1-dək baş tutmaya, o zaman ölkədə gizli dinləmələrlə bağlı müəyyən mənada vakuum yarana bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam