Yenixeber.org: Bu barədə informasiyanı “OVD-İnfo” saytı yayıb. Sayt bu qədər şəxsin 38 şəhərdə keçirilən aksiyalar zamanı yaxalandığını bildirib. Ən çox həbs Sankt-Peterburq və Yekaterinburq şəhərlərində qeydə alınıb. Belə ki, Sankt-Peterburqda 452 nəfər, Yekaterinburqda isə 183 nəfər saxlanılıb.
Qeyd edək ki, dünən Rusiyanın əksər şəhərlərində Aleksey Navalnının çağırışı əsasında təqaüd reformlarının əleyhinə genişmiqyaslı aksiyalar keçirilib.