Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Ərdoğandan tarixi faktlar

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Latın Amerikası ölkələri Müsəlman Dini Liderləri konfransında etdiyi çıxışı zamanı maraqlı tarixi faktlar açıqlayıb.

 

"Xeberinfo.com": Məlumata görə, Ərdoğan Amerika qitəsinin ilk dəfə 1492-ci ildə Kolumb tərəfindən kəşf edilməsi faktının düzgün olmadığını bildirib: 

"Amerikanı Xristofor Kolumb deyil, müsəlmanlar kəşf edib. Kolumbdan 314 il əvvəl 1178-ci ildə müsəlman dənizçilər Amerika qitəsinə çatmışlar. Kristof Kolumbun xatirələrində Kuba sahillərində dağın təpəsində bir məscidin varlığından bəhs edilir. Kubalı qardaşımla bunu danışdıq. O dağın təpəsində olan həmin məscid bu gün də qalıb". 
Daha sonra Ərdoğan 1866-cı ildə 2 Osmanlı gəmisinin okeanda yolu itirib Braziliyanın Rio sahilinə getdiyi barədə danışıb: 
"Gəmidə olan və alim bir şəxs olan Abdurrahman Əfəndi Braziliyada qaldı və illər boyunca Braziliya başda olmaq üzrə Latın Amerikası ölkələrini gəzərək İslamı insanlara təbliğ etdi. Osmanlı dövləti dağılandan sonra çox sayda müsəlman Latın Amerikasına köç etdi. Bu insanlar Osmanlı pasportuna sahib olduqları üçün də bu gün hələ də bu sifətlə tanınırlar. Bunu Argentinada, Meksikada müşahidə edə bilərsiniz".
Ərdoğan çıxışında İslam dini və Osmanlı dövləti barədə məlumat verərək deyib ki, türklərin tarixində müstəmləkələşdirmə heç vaxt olmayıb: 
"İslam dini əsla və əsla istismar və kölələşdirmək bir vasitəsi olmayıb. Başqaları daha yaxşı istismar etmək üçün dinlərini bir vasitə olaraq istifadə edirlər. Müsəlmanlar və İslam dövlətləri yalnız təbliğ yolu ilə könülləri fəth etmək və Allahın adını ucaltmağı qarşılarında məqsəd qoyublar. Müsəlmanlar kəmiyyətin deyil, keyfiyyətin arxasında qaçırlar".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam