Yenixeber.org: 46 yaşlı siyasətçinin xanımı bundan sonra işi ilə əlaqədar ABŞ-da yaşayacaq. Ulsen də bu səbəbdən vəzifəsinə son verərək onunla birlikdə Amerikaya getmək qərarına gəlib:
“Həyat yoldaşıma Alabama ştatının Birminhem şəhərində uşaq xəstəxanasında iş təklif edildi. Bu cür fantastik imkanlar yarananda gərək ondan istifadə edəsən”.
Sulvik-Ulsen əlavə edib ki, indiyədək xanımı onun üçün güzəştə gedib, indi isə belə bir addımı o atmalıdır: “Uşaqların 12 və 10 yaşı var. Onlar üçün yeni ölkə və yeni dil maraqlı olacaq. Baş nazir Erna Sulberq bu qərarımı anlayışla qarşıladı”.
Qeyd edək ki, Ketilin vəzifəsini bundan sonra hazırkı kənd təsərrüfatı naziri Con Georq Deyl icra edəcək.