Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Taliban İŞİD-lə müttəfiqliyini elan etdi

 

15267B2B-1ED0-4580-AD9A-F6D59CE6194E_w640_r1_s

Pakistanda Taliban İslam Dövləti ilə müttəfiqliyini elan edərək, regiondakı militantlara qrupun qlobal miqyasda İslam xilafəti yaratmaq kampaniyasına qoşulmasını əmr edib.

   "Xeberinfo.com": Əl-Qaidə ilə müttəfiq Təhrike Taliban Pakistan qrupunun sözçüsü Şahidulla Şahid Yaxın Şərqdə döyüşən bütün cihadçı təşkilatları böyük məqsəd uğrunda bilrləşməyə çağırıb. “Əziz qardaşlarımız, sizing qələbələrinizlə fəxr edirik. Biz sizin xoşbəxt və kədərli günlərinizdə sizinləyik”-deyə Şahid naməlum yerdən Röyters xəbər agentliyinə göndirilən elektron poçt mesajında bildirib.

Amerikanın Səsinin Urdu xidmətinə müsahibə verən müdafiə məsələləri üzrə təhlilçi, Pakistanın keçmiş general-leytanıntı Tələt Massud bu mesajın Pakistan hökumətinə təzyiqləri artırdığını deyib. “Pakistanda Taliban qüvvələri demək istəyir ki, biz İslam Dövləti qrupuna yaxınıq və onların ideologiyasını bölüşürük. Taliban bununla hökumətə psixoloji təzyiq göstərir”-deyə o bildirib.

Pakistanın hərbi qüvvələri Təhrike Taliban Pakistan qrupu və Şimali Vəziristan bölgəsində onlarla əlaqəsi olan digər ekstremist qruplara qarşı əməliyyatları davam etdirir.

Təhrike Taliban Pakistan qrupunun urdu, puştun və ərəb dillərində yayılan mesajında İslam Dövləti qrupunun mücahidin, döyüşçülərlə təmin ediləcəyi və onlara mümkün dəstək veriləcəyi bildirilir. /”Amerikanın səsi”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam