Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Gürcüstanın Acariya bölgəsinə çəhrayı qar yağıb

 

 

Gürcüstanın Acariya regionunda yerləşən Qoderdzi dağ-xizək istirahət zonasına çəhrayı rəngli qar yağıb

 

Yenixeber.org: Martın 25-də səhər saatlarında turistlər gördüklərindən təəccübləniblər və hadisə ilə bağlı yerli hakimiyyət orqanlarına müraciət ediblər.

Sinoptiklər bildiriblər ki, narahatçılığa əsas yoxdur. Çəhrayı rəngdə qarın yağmasına Şimali Afrika və Yaxın Şərqdə baş vermiş qum qasırğası səbəb olub.

Mütəxəssislər bildirirlər ki, qum qasırğasının Şimali Afrika və Yaxın Şərqdən havaya qaldırdığı qum və kül güclü hava axını ilə Qara dəniz hövzəsinə daxil olub. Gürcüstanın bəzi bölgələrində və paytaxt Tbilisidə səma çəhrayı rəngə boyanıb. Havadakı sarı qum və kül yağış və qarla birlikdə yerə çöküb və nəticədə maraqlı mənzərə yaranıb.

Sinoptiklərin sözlərinə görə, təbiət hadisəsi insanlar və ekologiya üçün təhlükə yaratmır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam