Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Kürd Yaşar" və dəstəsi yaxalandı

"Kürd Yaşar" və dəstəsi yaxalandı

 

 

 

 

 

Türkiyənin Aksaray vilayətində polis soyğunçuluq, silahla yaralama, narkotik ticarəti, adam qaçırma və digər onlarla cinayətdə şübhəli bilinən "Kürd Yaşar" ləqəbli Yaşar Koçak və onun 23 nəfərlik dəstəsini zərərsizləşdirib

Yenixeber.org:  Əməliyyat səhər saatlarında Aksarayın mərkəzi Ortaköy qəsəbəsində və kəndlərdə həyata keçirilib.

Mənbənin yazdığına görə, cinayətkar dəstə üzvlərinin müxtəlif şəxslərdən hədə-qorxu yolu ilə pul almaları, narkotik ticarəti, silahla adam yaralama və digər əməlləri ilə bağlı vilayətin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə məlumat daxil olub. Şəbəkə lideri Yaşar Koçak 6 ay ərzində izlənilib. Polis təqiblər əsasında 30 şübhəlini müəyyən edib və xeyli dəlillər topladıqdan sonra əməliyyat həyata keçirib. Aksarayın mərkəzində və yaxınlıqda yerləşən kəndlərdə 28 ünvana 197 polis eyni vaxtda əməliyyat keçirib.

Basqın zamanı 23 şübhəli saxlanılıb, 7 şəxsin axtarışı isə davam etdirilir. Şübhəlilərin evlərində aparılan axtarışlardan sonra Aksaray Təhsil və Araşdırma Xəstəxanasına gətirilərək sağlamlıq yoxlamasından keçirilib, sonra isə vilayətin Təhlükəsizlik Xidmətinə təhvil veriliblər.

Mənbə yazır ki, evlərdə aşkar olunan odlu silah və hərbi sursatlar cəbbəxananı xatırladıb. 28 fərqli ünvanda axtarış aparan əməliyyatçılar 16 ədəd ov tüfəngi, 545 ədəd ov tüfəngi gülləsi, 8 ədəd sənədsiz tapança, 36 ədəd tapança gülləsi, cinayət yolu ilə əldə edildiyi ehtimal olunan 65 min 440 TL pul, 5 min 740 TL saxta pul, 1000 avro saxta pul, 113,12 qram marixuana, 3 ədəd çek kitabçası, 3 ədəd bıçaq və digər əşyalar ələ keçiriblər.

Aksaray Təhlükəsizlik Xidmətinə əməliyyatla əlaqədar məruzə edilib, istintaq tədbirləri davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam