Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Putin 10 min yol polisi əməkdaşını işdən çıxardı

Putin 10 min yol polisi əməkdaşını işdən çıxardı

 

 

Rusiya prezidenti Vladimir Putinin Daxili İşlər Nazirliyində ixtisarlarla bağlı fərmanı Yol Hərəkəti Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyinin əməkdaşlarından da yan keçməyəcək

 

Yenixeber.org: Bu barədə Gazeta.ru nazirliyin daxili əmrinə istinadən xəbər yayıb.

Hər beş yol polisi müfəttişindən biri ixtisar olunacaq. İxtisarlar yalnız iki bölməyə - qeydiyyat və imtahan şöbəsinin əməkdaşlarına şamil olunmayacaq.

DİN əməkdaşlarının son hədd sayının müəyyən edilməsi haqqında fərman dekabrın 31-də Rusiya lideri tərəfindən imzalanıb və mətni hüquqi informasiyalar dərc edən rəsmi internet portala yerləşdirilib.

Əvvəlki fərmanla müqayisədə DİN əməkdaşları 10 min nəfərə qədər ixtisar olunmalıdır. Habelə, kimlərin konkret olaraq ixtisar siyahısına düşəcəyi fərmanın mətnindən tam aydın olmur.

Sənədə görə, ixtisarın əsas yükü Yol Hərəkəti Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyinin əməkdaşlarının üzərinə düşəcək. Rusiyada YHTDM əməkdaşlarının ötən ilin payız aylarında 55 min nəfər olduğunu nəzərə alsaq, fərmanın qüvvəyə minməsi ilə faktiki olaraq hər beşinci yol polisi əməkdaşının işsiz qalacağını demək olar.

Moskvanın Polis Həmkarları İttifaqının rəhbəri Mixayil Paşkin, YHTDM-də kütləvi ixtisar siyasətinin həmin orqanda aparılan islahatlarla əlaqədar olduğunu bildirib. Bundan başqa, ittifaq rəhbəri əmin edir ki, fərman nəticəsində vakansiya ixtisar olunacaq, işçinin özü yox. Yəni bir çox bölmələrdə insanlar yox, “boş” qalan vəzifələr kənarlaşdırılacaq.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam