Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bu ölkədə məmurlar işə taksi ilə gedəcəklər

Bu ölkədə məmurlar işə taksi ilə gedəcəklər

 

Rusiya İqtisadi İnkişaf Nazirliyi (İİN) öz əməkdaşlarını xidməti avtomobillərdən azad edib və onların taksi xidmətindən istifadə etmələrinə qərar verib

 

Yenixeber.org: Bu barədə iqtisadi inkişaf naziri Maksim Oreşkin "Gazeta.ru" saytına müsahibəsində bildirib.

"Nazirliyin xərclərinin əsas elementlərindən biri xidməti avtomobillərə çəkilən xərclərdir. Artıq əməkdaşların və hətta departament direktorlarının xidməti avtomobillərdən imtina edərək taksi xidmətindən istifadə etmələri üçün layihə həyata keçirmişik", - deyə nazir əlavə edib.

Nazirin fikrincə, bu qərar nəticəsində hər avtomobildə 4 qat qənaət əldə edilib. Belə ki, departament direktorlarının sürücü ilə birgə avtomobilinin illik xərci 2,4 mln. rubl (40 000 dollar) təşkil edir. Eyni sinifdən olan avtomobillə taksi xidmətindən istifadə isə illik 500-600 min rubla (8 300-10 000 dollar) başa gəlir.

"Məcmu qənaət on milyonlarla rubl təşkil edə bilər", - deyə M.Oreşkin bildirib.

Xatırladaq ki, M.Oreşkin nazirlikdə ixtisarların aparıldığını qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam