Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Çində “narıncı” xəbərdarlıq edilib- “Xanun” qasırğası ilə əlaqədar

 

 

Çin Milli Meteorologiya Mərkəzi “Xanun” qasırğasının ölkənin cənub sahillərinə yaxınlaşması ilə əlaqədar “narıncı” səviyyədə təhlükə xəbərdarlığı verib

 

Yenixeber.org: Azərtac yerli KİV-lərə istinadla xəbər verir ki, bu il 20-ci olan qasırğa Cənubi Çin dənizi üzərində saatda 20 kilometr sürətlə şimala – Çinin cənub sahillərinə doğru hərəkət edir. “Xanun”un bazar ertəsi erkən saatlarında sahilə çatması gözlənilir. Çin Milli Meteorologiya Mərkəzi qasırğanın ölkə sahilinə çatanda daha da güclənəcəyi ehtimalı olduğunu bəyan edib.

“Xanun” qasırğasının Quandun, Xaynan, Fucian vilayətlərində, habelə Tayvan adasında şiddətli yağışlara və güclü küləyə səbəb olacağı proqnozlaşdırılır. Bu baxımdan yerli hökumətlərə qabaqlayıcı tədbirlər görmək, o cümlədən dənizdə olan gəmilərin limanlara qayıtması tövsiyə edilib.

Qeyd edək ki, Çində hava şəraiti ilə əlaqədar 4 səviyyədə təhlükə xəbərdarlıq sistemi var. Bunların ən yüksəyi “qırmızı” olmaqla, daha aşağı “narıncı”, “sarı” və “mavi” səviyyələrdir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam