Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Saakaşvili Gürcüstana ekstradisiya ediləcək?

 

Yenixeber.org: Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) daxili işlər naziri Georgi Mqebrişvilinin ukraynalı həmkarı Arsen Avakov və digər rəsmi şəxslərlə sabiq prezident Mixail Saakaşvilinin Ukraynadan deportasiya edilməsini müzakirə etdiyi barədə yayılan xəbəri təzkib edib.

 

APA-nın İmedi telekanalına istinadən verdiyi məlumata görə, Gürcüstan DİN iki ölkənin daxili işlər nazirlərinin qorunmayan telefon xətti ilə dövlət əhəmiyyətli məsələni müzakirə etməsi xəbərinin də qeyri-ciddi bir məsələ olduğunu vurğulayıb.
 
Qeyd edək ki, bundan əvvəl internetdə rusiyalı prankerlər Vladimir Kuznetsev və Aleksey Stolyarovun Ukrayna daxili işlər naziri A. Avakovun adından Gürcüstan daxili işlər nazirinə zəng etməsi və M. Saakaşvilinin Ukraynaya dönəcəyi halda Gürcüstana ekstradisiyası məsələsinin müzakirə edildiyi barədə informasiya yayılıb. Prankerlər G. Mqebrişvili ilə danışığın əks olunduğu iddia edilən audioyazını da yayıblar.
 
Xatırladaq ki, Gürcüstan Baş Prokurorluğu M. Saakaşvili barədə qiyabi həbs hökmü verib və haqqında axtarış elan edib. Bu il iyulun 26-da isə M. Saakaşvili Ukrayna prezidenti Petra Poroşenko tərəfindən Ukrayna vətəndaşlığından məhrum edilib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam