Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Putin uca bir uçurumun kənarına gəlib" -"The National İnterest" yazır

Tramp-putin

Dövlət idarəetmə sənətinin belə bir qızıl qaydası var: heç vaxt bleflə məşğul olmayacaqsan! İkinci qızıl qayda da var: kiminsə sənə meydan oxumasına hazır olmalısan.

Yenixeber.org:  Əvvəl Barak Obama, indi isə Vladimir Putin Suriyada həmin bu qaydalarla üzləşiblər. Keçən həftə Suriya aviabazasına vurulmuş raket zərbələri sadəcə olaraq, Amerika hərb maşının nümayişi deyildi.

Bu, Putinin Suriyadakı hərbi avantürasının bütün məntiqini tərsinə çevirərək, onu baş-ayaq etdi. Bir göz qırpımında Rusiyanın Yaxın Şərqdəki uduşlu hesabları alt-üst oldu. Həmin bu raket zərbələrindən sonra Putin uca bir uçurumun kənarına gəlib. Onun üçün oradan aşağı enmək olduqca mürəkkəb işə dönüb.

2012-ci ildə keçmiş prezident Barak Obama Suriyadakı kimyəvi silahın tətbiqil ilə bağlı özünün məşhur “qırmızı xətti” ilə, böyük dövlət üçün hədsiz şübhəli blef standartı nümayiş etdirdi. Amma əsl həqiqətdə, gördüyümüz kimi, sonradan heç bir “xətt” çəkilmədi.

Nə vaxt ki, Bəşər Əsəd bu blefi anladı, o, Amerikan təhdidlərinin saxta olduğunu əyani şəkildə faş etdi. Bax, elə məhz buna görə də blef prezident üçün çox pis seçimdir. Prezident Teodor Ruzvelt bunu 100 il əvvəv izah edib: ”Nə vaxt ki, mən verdiyim sözü tuta bilməyəcəyəm, onda mən heç zaman blef etməyəcəyəm. Qorxudub, guruldadıqdan sonra öz vədini yerinə yetirməməkdən bərbad nə ola bilər ki?”

Etdiyi xəbərdarlığını həyata keçirə bilməməklə, Obama göstərdi ki, Suriya ətrafında hakimiyyət vakkumu formalaşır. Sonradan isə bu boşluğu Putin doldurdu.

ABŞ-ın yoxluğunda Kreml özünün böyük dövlət statusu ilə qürrələnərək, eyni zamanda da Suriyada ali hakim rolunda çıxış edib. Kreml Əsədi dəstəkləməklə bütün dünyaya göstərdi ki, Vaşinqton boşbağazlıq edir, Moskva isə iş görür. Ancaq iş ondadır ki, bu da blefdir. Belə ki, Kreml sadəcə olaraq, Obamanın “qırmızı xətt”indəki boşluqdan yararlanıb. Moskvanın Əsədə görə Yaxın Şərqdə Vaşinqton ilə birbaşa hərbi münaqişəyə baş vurmaq riskinə getmək niyyəti heç zaman olmayıb.

raket

İlk əvvəl yırtılmış “qırmızı xətt” Rusiyaya aldadıcı şəkildə cazibədar gəldi. Amerikanlar qapı dalında qaldılar, Rusiya Yaxın Şərqdəki hərbi gərginlik pilləkənində az risklə və öz maraqlarına ziyan vurmadan çox asanlıqla yuxarıya çıxa bildi. Digər əlavə üstünlüklər də olub. Rusiya üçün Suriyada öz yüksək texnologiyalı silahlarını və yeni nəsil döyüş texnikasını sınaqdan çıxarmaq imkanı yarandı.

Zamanla amerikanları Rusiya ilə birgə hansısa qeyri-rəsmi formada İŞİD-ə qarşı mübarizəyə cəlb etmək olar. Bu isə həvəssiz şəkildə amerikanları Əsədin gələcəyinin olması faktını qəbul etməyə məcbur qoya bilər. Ən yaxşı halda İŞİD-ə qarşı mübarizə aparmaq istiqamətindəki əməkdaşlıq, Vaşinqtonu Ukraynadakı məqsədlərindən imtinaya yönəldə bilər. Beynəlxalq avantüra ssenarisinə uyğun olaraq, Suriya Rusiya üçün hərtərəfli uduşlu bir varianta dönüb.

Əsl həqiqətdə bu ölkə Rusiya üçün heç zaman nə əsas və nə də ki, öz əhəmiyyət dərəcəsinə görə ən önəmli bir ölkə olmayıb. Rusiyanın başlıca strateji maraqları həmişə Avropa teatrında olub və bu gələcəkdə də belə olacaq. Rusiya Amerika təhlükəsinin başlıca vektorunu məhz Avropada görür. Çünki ABŞ Şimali Atlantika alyansını üzük qaşı kimi mühasirəyə alıb. Kreml soyuq müharibədən sonra meydana gələn sistemi ləğv edib, yenidən könhə qaydaları qaytarmağa can atır. Rusiyanın buradakı başlıca məqsədi Moskvanın imtiyazlı təsir sferasının olmasına Qərbi razılaşdırmaqdır. Həmin sferalar dəqiq müəyyənləşməyib, lakin Kremlin fikrinə görə, bu haradasa Berlin və Moskva arasındakı geosiyasi məkanda mövcuddur. Rusiya liderləri gərginliyə, münaqişənin qızışmasına və lazım gəldiyi halda müharibə etməyə Suriyada yox, məhz Avropada hazırdırlar.

Dinc vətəndaşlara qarşı kimyəvi silah tətbiq etməklə (bəlkə də Rusiyanın səssiz razılığı ilə), Əsəd növbəti dəfə amerikanların “qırmızı xətt”ini tapdalamış oldu. Ancaq bu dəfə yeni prezident Donald Tramp reaksiya verdi, həm də ki, ciddi hərəkət etməklə.

Əsədin “Şayrat” aviabazasının atəşə tutulması göstərdi ki, Tramp Suriyada güc tətbiq etməyə hazırdır. O, həmçinin Yaxın Şərqin Rusiya üçün heç də “asan yem” olmayacağı siqnalını göndərdi. Amerikanlar öz raket zərbələri ilə gərginlik pilləkənini Rusiyanın ayağının altından vurub yıxdılar. Buna görə də, Moskva həm yüksək, həm də hədsiz təhlükəli uçurumun kənarında dayanıb. İndi onlar məğlub vəziyyətinə düşüblər. Suriyadakı vəziyyət qəflətən riskli və bahalı olmağa başladı. Putin üçün yaxşı hərəkət variantları azdır. Belə demək olarsa, onların sayı cəmi dörddür.

vladimir_putin_151116

Birinci variant – Problemi inkar etmək. Heç bir şey etməməyin özü də bir varinatdır.

Lakin belə olan halda Rusiyanın nüfuzu kəskin zəifləyəcək və Suriya, İran, Çin və Yaxın Şərq ölkələrinin ona olan etibarı sarsılacaq. Bax, məhz buna görə də blef etməyə gərək yox idi. Bu variantın digər çatışmayan tərəfi isə, çıxılmaz vəziyyətə düşüb, ölkənin rüsvay olmasıdır. Bu Putinin ölkə daxilindəki siyasi nüfuzuna ciddi zərbə vura bilər.

İkinci variant – Qarşıdurmaya getmək.

Əgər aşağı düşə bilmirsənsə, onda yuxarıya dırmaşmaqda davam et! Qarşıdurma Moskva üçün ən neqativ variantdır. Belə ki, bu, ABŞ ilə çox ciddi və yaxın münaqişəyə aparır. Rusiya hərbi doktrinası bu cür nəticədən qaçmağa çalışır. Heç kimə lazım olmayan müharibənin baş verməsindəki gərginlik pilləkəninin yuxarısında hal-hazırda dayanan Putindir. Lakin Rusiyanın iqtisadiyyatı müharibəyə hazır deyil. Hərbi modernləşdirilmə proqramı başa çatmayıb. Qarşıdurma Putin üçün çox pis yekunlaşa bilər.

Üçüncü variant – Diqqətin yayındırılması.

Rusiya üçün dünyanın diqqətini Suriyadan yayındırmaq və hansısa digər bir problemə yönəltmək son dərəcə vacibdir. Ən əvvəl bizim ağlımıza Rusiya tərəfindən Ukraynanın şərqindəki münaqişənin aktivləşdirilməsi və ya NATO müdafiəsinin möhkəmliyinin Pribaltikada və Qara dənizdə yoxlanılması kimi ssenarilər gəlir. Bu variantın çatışmayan tərəfi ondadır ki, diqqəti yayındırmaqla Putin özünün Suriyadakı problemini heç bir halda həll etmir və eyni zamanda da Qərblə olan münaqişənin təhlükəli miqyasını aradan qaldırmır.

Dördüncü variant – Gərginliyin azaldılması.

ABŞ-a münasibətdə gərginliyin götürülməsi. Bu Rusiya üçün ən yaxşı yoldur. Belə olan halda lazımsız münaqişələrin baş vermə şansı aşağı düşər. Kremlin zəifliyi barəsindəki təsəvvürlərin yerini rus dövlətinin necə müdrük olması təsəvvürləri tutar. 2015-ci ildə Türkiyə tərəfindən vurulmuş Rusiya təyyarəsindən sonra iki dövlət arasında yaranmış gərginliyin və mübahisənin yerini barışın tutması buna bariz nümunədir. Gərginliyin azaldılması xilasetmə həlqəsidir. Çünki hamı zərərsiz şəkildə uçurumdan kənara çəkiləcək.

Amma bu variantı qəti şəkildə münasibətlərin normallaşması ilə qarışdırmaq olmaz. Gərginliyin azaldlması, yalnız ilk addımdır. Normallaşma isə daha sonra gələcək.

Nə vaxt ki, duman çəkiləcək, onda Suriyaya qarşı atılmış Amerikan raket zərbələrinin ölçülmüş, mühüm və vacib addım olduğu barəsində heç bir şübhəyə yer qalmayacaq. Hər şey göstərir ki, Trampın milli təhlükəsizlik komandası öz işini çox yaxşı yerinə yetirir. Bu isə əlavə bonusdur, çünki komanda hələ çox gəncdir.

Trampın Suriyadakı əks-tədbirləri, həmçinin demokratiyanın çox xeyirli bir idarəetmə vasitəsi olduğunu göstərir. Diktatorların öz postundan getməkdən imtina etmələri, onların ölkəsini viran halına salır. Suriyada olduğu kimi, nə vaxt ki, avtoritar dövlətlər təhlükəli gərginliyə gedirlər, onda vəziyyət dəyişəndən sonra gərginliyi azaltmaq çox çətin olur. İndi növbəti addım Putinindir. Ümid edək ki, o, xilasedici həlqəyə üstünlük verəcək.

(The National İnterest-ABŞ)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam