Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Hökumət qüvvələri ilə üsyançılar arasında toqquşma -Dəməşqdə

Dəməşqin şərq kənarında Suriya təhlükəsizlik qüvvələri ilə üsyançılar arasında şiddətli toqquşmalar baş verib.

Yenixeber.org:   Üsyançıların gözlənilməz hücumunun bir hissəsi olaraq paytaxtın mərkəzinə artilleriya mərmiləri və raketlər atılıb.

Hücum bazar günü erkən saatlarda maşın bombaları və intihar hücumları ilə başlayıb, fəallar bildirib. Dövlət mətbuatının məlumatına görə, gizli tunellərdən də istifadə edilib.

Suriya hərbiyyəsi deyib ki, onlar üsyançıları geri çəkilməyə məcbur edə biliblər.

Hökumət hərbi təyyarələri üsyançıların mövqelərinə 30-dan çox hava zərbəsi endirib, Böyük Britaniyada mənzillənmiş İnsan Hüquqları üzrə Suriya Rəsədxanası monitorinq qrupu bildirib.

Dəməşqin yalnız bir neçə ərazisi müxalifətin nəzarətindədir.

Dəməşqdəki AFP müxbirlərinin sözlərinə görə, şəhərin müxtəlif yerlərində baş verən partlayışların fonunda ordu strateji əhəmiyyətli Abbasilər Meydanına gedən marşrutları bağlayıb.

Monitorinq qrupu deyib ki, üsyançılar hökumət qüvvələrinin Barzeh, Tishreen və Qabun rayonlarında döyüşçülərə qarşı təzyiqini azaltmaq üçün hücuma başlayıb.

Ötən çərşənbə günü Dəməşqin mərkəzində əsas məhkəmə kompleksində intiharçı bomba hücumu nəticəsində azı 31 nəfər həlak olub.

Sonra daha bir intiharçı hücumçu Rabweh-in qərb rayonunda restorana hücum edib və nəticədə 20-dən çox adam yaralanıb.

Hücumlar Suriya prezidenti Bəşər Əsədə qarşı üsyanın altıncı ildönümünda baş verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam