Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Tramp ABŞ-ın 100 illlik siyasətindən imtina edir -ŞOK İDDİA

tramp

ABŞ-ın yeni prezidenti Donald Trampın and içərək vəzifəsinə başlamasına iki həftə qalıb.

Xeberinfo.com:   Lakin respublikaçı namizəd hələ Ağ Evə yerləşməmiş Qərb KİV-lərinin hədəf taxtasına çevrilib. ABŞ və Avropanın qabaqcıl demokratik ölkələrinin ictimai-siyasi çevrələrində indidən matəm havası hakimdir.
ABŞ-ın Foreign Policy jurnalının yazarı Ceyms Traub Donald Tramp hakimiyyətinin dünya diktatorları üçün əlverişli dövrə çevriləcəyini bildirib.
O, ABŞ tarixində ilk dəfə bir prezidentin demokratik dəyərləri xarici siyasətin prioritetləri sırasından çıxaracağını iddia edib.
“1917-ci ilin aprelin 2-də prezident Vudro Vilson Almaniyaya müharibə elan edilməsini Konqresdə bu cür sözlərlə izah etmişdi: “Dünyanı demokratiya üçün təhlükəsiz etmək lazımdır”. Növbəti illərdə Ruzvelt və Çörçill Atlantika xartiyasını elan edən zaman bunu “xalqların yaşamaq istədikləri idarə formasını seçmək uğrunda mübarizə” kimi təqdim etmişdilər. Həmin vaxtdan bu yana ABŞ-ın bütün seçilən prezidentləri Amerikanın milli təhlükəsizliyinin xaricdə demokratiya və insan hüquqlarının yayılmasından asılı olduğunu qeyd ediblər”, – müəllif tarixə müraciət edib.

“Lakin Vilsonun məşhur çıxışından 100 il sonra seçilən Donald Tramp Amerika tarixində bu fikirləri bölüşməyən ilk prezident ola bilər. Biz bunun nəticələrindən qorxmalıyıq”, - Traub yazaraq davam edib: “Yeni seçilən prezidentin media üzərinə çoxsaylı və çirkin hücumları onun demokratik normalara necə ikrahla yanaşdığını göstərir. O, beynəlxalq hüquq normalarına da hörmətsiz münasibət nümayiş sərgilədiyini gizlətmir. Xaricdə insanların demokratik haqları uğrunda mübarizəsi onu az maraqlandırır. Onun təriflədiyi liderlər isə öz opponentlərini həbsxanalara, hətta məzarlıqlara göndərən Vladimir Putin, Əbdülfəttah Sisi kimi diktatorlardır”.

Nə üçün ABŞ dünyanı demokratiya üçün təhlükəsiz etmək istəyib”, -deyə müəllif öz-özünə sual verərək cavabını axtarmağa çalışıb:
“Vilson hesab edirdi ki, vətəndaşların arzusu ilə deyil, liderlərin eqoist maraqları ilə hərəkət edən avtokratik hökumətlər dünyada “sülh sazişi”ni təmin etmək uğrunda cəhdləri dağıtmaqla məşğuldur. Sonradan Vilsonun dünya nizamı üçün diktatorlardan daha çox, məhz demokratiyanın daha qanunpərəst və sülhsevər dövlətlər yaratdığı barədə təsvirləri doğru çıxdı”.

“Daha bir səbəb də var”, – jurnalist davam edir: “İkinci dünya müharibəsi bitdikdən sonra ABŞ-ın öz maraqlarından daha böyük prinsipləri müdafiə etməsi ideyası onun dünya liderliyinə iddia etməsinə haqq qazandırırdı. Bu ideya ABŞ-ın “yumşaq gücü”nün fundamenti hesab edilirdi. İndi ABŞ əgər demokratik və liberal prinsiplərin yayılmasından boyun qaçırsa bunu başqa heç kim edən deyil. Yaranmış vakuum isə nə demokratik, nə də liberal sayılan qüvvələr tərəfindən asanlıqla doldurulacaq. Trampın seçki qabağı “Amerikanı yenidən böyük edək” şüarı isə tragikomediyaya dönəcək”, – Ceym Traub qeyd edib.

Fransaının LeMonde (Lemond-red.) qəzetinin yazarı Loran Şamonten isə Donald Tramp tərəfindən Moskvaya tətbiq edilən sanksiyaları götürülməsinin Avropanın sabitliyinə təhlükə yaradacağını yazıb.

“Rusiya üzərinə qoyulan sanksiyaların ləğv edilməsi Fransada qarşıdan gələn prezident seçkilərində qeyri-ciddi, lakin bir o qədər də təhlükəli süjetin yaranmasına gətirib çıxarıb. Burada bir namizəd (millətçi Marin le Pen nəzərdə tutulur-red.) qəzetlərin birinci səhifəsində qalmaqdan ötrü ağzına gələni danışır. Ortada qalan isə fransızların təhlükəsziliyidir”, – müəllif hiddətini ifadə edib.

“İndi baxaq görək Trampın Baltikyanı ölkələrə NATO-nun köməyə gəlməyə biləcəyi barədə sözləri həmin ölkələrin sabitliyinə və bütün Avropanın təhlükəsizliyinin təşkil olunmasına necə təsir göstərəcək”, -Şamonten yazır.

Müəllif Tramp və onun komandasının daha çox biznes maraqları ilə hərəkət etdiyini və bu mənada Rusiyanın hakim inhisarçı qüvvələri ilə əməkdaşlığa can atdığına da işarə vuraraq Fransa və Avropa liderlərini hər cür situasiyaya hazır olmaları gərəkdiyini düşünür: “Hazırkı dövrdə Rusiya və ABŞ arasında oliqarxik internasionalın qurulduğu bu ərəfədə Fransa və onun Avropadakı partnyorları Vaşinqtona daha çox səyahət etməli və öz maraqlarının lobbiçiliyi ilə məşğul olmalıdırlar”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam