Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Putin Suriyadan qoşunları çıxarır

Rusiya prezidenti Vladimir Putin ölkənin Suriyadakı hərbi iştirakının ixtisar ediləcəyini açıqlayıb.

Xeberinfo.com:   Bu barədə Putin Kremldə müdafiə naziri Sergey Şoyqunu və xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən bildirib.

“Müdafiə Nazirliyinin bizim Suriya Respublikasındakı hərbi iştirakımızı ixtisar edilməsinə dair təklifi ilə razıyam”-Putin bildirib.

Rusiya prezidenti məlumat verib ki, İran və Türkiyənin də səyləri ilə Suriyada qarşıduran tərəflər arasında atəşkəs razılaşması əldə edilib. Razılaşma sabahdan qüvvəyə minəcək. Razılaşmaya əsasən silahlı müxalifət Suriya hakimiyyəti ilə danışıqlara da başlamalıdır. Putinin sözlərinə görə, razılaşmanı cəmi 60 minlik döyüşçüsü olan qruplaşmalar imzalayıb.

Bu, Rusiya prezidentinn Suriyadan qoşunların çıxarılmasına dair ikinci qərarıdır. Mart ayında Putin eynən indi olduğu kimi Şoyqunu və Lavrovu Kremlə çağıraraq Suriyadan aviaqruplaşmanın əsas qüvvələrinin çıxarılacağını elan edib. Həmin bəyanatdan sonra Rusiyanın Suriyadakı döyüş təyyarələrinin bir qismi həqiqətən geri qayıdıb, ancaq əvəzində bu ölkəyə vertolyotlar və zirehli texnika, habelə xüsusi təyinatlılar göndərilib. Daha sonra baş verənlər isə ümumiyyətlə Rusiyanın Suriyadakı hərbi iştirakını azaltmadığını göstərib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam