Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Separatçılar Ukraynanın helikopterini vurdu

 

Bu gün Donetsk vilayətinin Slavyansk şəhəri ətrafında separatçılar tərəfindən Ukraynaya məxsus helikopterin vurulması nəticəsində aralarında 1 generalın da olduğu 14 hərbçi həlak olub. 

 

"Xeberinfo.com"  APA-ya istinadən xəbər verir ki, bu informasiyanı Ali Radanın sədri, prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinov parlamentin iclasında elan edib. “Slavyanskda rusiyalı terrorçular tərəfindən bizim helikopterimiz vurulub. General Kulçitski ilə birlikdə 14 hərbçimiz həlak olub”, - deyə o, bildirib. 

Ukraynalı hərbçilər rotasiya qaydasında Slvyanskdan qayıdırmış. Ukrayna Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi və xüsusi hazırlıq idarəsinin rəisi, general-mayor Sergey Kulçitski də əsgərlərlə birlikdə helikopterdə olub. Ölkənin şərqində antiterror əməliyyatının başlamasından bu yana ilk dəfədir ki, Ukrayna öz generalını itirir.

Xatırladaq ki, bu gün Ukraynaya məxsus bir helikopterin vurilduğu və helikopterin Slavyansk şəhərinin cənub-şərqində, Çervonıy Moloçar adlanan yerə düşərək yandığı barədə məlumat yayılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam