Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Demişdim ki, Türkiyə onun öhdəsindən gələcək”

Recep_Tayyip_Erdogan_150412_albom_5

“Bu ilin sonunda Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin açılışı gözlənilir. Bu, Pekin və London arasında dəmiryolu əlaqəsinin ən vacib hissəsi olacaq.”

Xeberinfo.com:  Məlumata  görə, bunu İstanbulda keçirilən Maliyyə Konqresində Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Prezident həmçinin bildirib ki, səkkiz il davam edən qlobal böhranın neqativ nəticələrini yalnız islahat yolu ilə aradan qaldırmaq mümkündür.
Onun sözlərinə görə, dəyişikliklərin baş verməməsi onunla nəticələndi ki, dünya iqtisadiyyatı hələ də 2008-ci ilin həcminə çata bilməyib.

R.T.Ərdoğan vurğulayıb ki, ciddi çətinliklərə baxmayaraq, Türkiyə iqtisadiyyatı ümumdünya göstəricilərini üstələyən artım göstərib: “Eyni zamanda böyük dövlətlərin orta inkişaf göstəriciləri 2% səviyyəsindədir”.
O diqqətə çatdırıb ki, Türkiyədə iqtisadi inkişaf tempi 3-4% civarındadır, baxmayaraq, ölkə qeyri-sabit regionda yerləşir.

“Qlobal iqtisadi böhran başlayanda demişdim ki, Türkiyə onun öhdəsindən gələcək. Bəziləri mənim sözlərimə qeyri-ciddi yanaşdı. Ancaq reallıq onu göstərdi ki, 2009-cu ildə cüzi geriləmə istisna olmaqla, Türkiyənin iqtisadiyyatı rekord sürətlə artdı. Bundan başqa, ölkədə dövlət çevrilişinə cəhd oldu. Buna baxmayaraq, meqalayihələrin reallaşması davam etdirildi”, – R.T.Ərdoğan deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam