Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Günün xəbəri

"Tramp ABŞ prezidenti işləmək üçün yararsızdır!"

klinton TRAMP

Xeberinfo.com:  Xarici KİV-ə istinadla xəbərə görə, ABŞ Demokrat partiyasından ölkə prezidentliyinə namizəd Hilari Klinton növbəti dəfə bəyan edib ki, oponenti Donald Tramp «ABŞ prezidenti olmaq üçün yararsızdır».

«Qadınlar haqqında onun dedikləri və elədikləri göstərir ki, gerçəkdə o, necə adamdır» – deyə, demokrat-namizəd Sent-Lusidəki seçkiqabağı debatların gedişində bəyan edib. Klinton əlavə edib ki, məsələ təkcə qadınlara münasibətlə bitmir. Problem həm də ondadır ki, Tramp əhalinin digər qrupları – müsəlmanlar və afroamerikalılar, latınamerikalılar və immiqrantlar barədə də neqativ fikirlər səsləndirir.

Bunun cavabında respublikaçı namizəd «bunlar yalnız sözlərdir» deməklə kifayətlənib. Bax, Hillari Klinton öz ərinə görə xəcalət çəkməlidir: «Mən öz sözlərimlə fəxr etmirəm. Ona görə mən üzr istəmişəm. Bu, söyunub-geyinmə otağında bir kişi «qeybət»i idi. Mən, ailəm qarşısında üzr istəyirəm, mən Amerika xalqı qarşısında üzr istəyirəm».

Amma onun sözlərinə görə, Bill Klinton qadınlarla daha pis rəftar edib. Tramp bu yerdə Monika Levinski qalmaqalını xatırladıb: «O, impiçment «qazandı», vəkillik təcrübəsini itirdi və daha çox. Bill Klinton qadınlara qarşı zorakılığa yol verdi. Hillari isə bu qadınlara hücuma keçməyi özünə rəva gördü və bunu xeyli amansızlıqla etdi. Mən, hesab edirəm ki, bu hərəkətlərinə görə, o, utanmalıdır» – deyə, Tramp fikrini tamamlayıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam