Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İŞİD Türkiyə tanklarını Rusiya raketləri ilə vurur - VİDEO

Xəbər verildiyi kimi sentyabrın 6-da Suriyanın şimalında gedən döyüşlərdə İŞİD terror qruplaşması Türkiyə ordusunun iki tankını vurub. Nəticədə 3 əsgər həlak olub, 4-ü yaralanıb.

Xeberinfo.com:  Məlumata görə , terrorçular tankların vurulmasını əks etdirən görüntüləri internetdə yayıblar. Belə məlum olur ki, tanklara eyni mövqedən bir-birinin ardınca “Kornet” tank əleyhinə idarəolunan raketlə atəş açılıb. Hər iki raket hədəfə dəyib. Bu, Rusiya istehsalı olan raketlərdir və Yaxın Şərq ölkələrinə, o cümlədən İraq və Suriyaya ixrac edilib.

Kadrlara əsasən Ər-Rai qəsəbəsi yaxınlığında mövqe tutan tanklardan ikisi vurulandan sonra digərləri mövqelərini dəyişib. Hədəf alınan tanklar Türkiyə ordusunun sərəncamında olan, Amerika istehsalı M60 Patton tanklarıdır. Bu tanklar 2000-ci illərin əvvəllərində İsraildə modernləşdirilib. Onlara Almaniya istehsalı olan yeni mühərrik və transmissiya qoyulub, 120 mm-lik topla təchiz edilib, dinamik müdafiə sistemi və teplovizor qoyulub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam