Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Türkiyə-Azərbaycan-Rusiya üçtərəfli formatı yaradıla bilər"


 

"Ankara-Moskva xəttini yenidən təhlükəsiz və dostluq xətti vəziyyətinə gətirəcəyik"

Xeberinfo.com:   Bunu Rusiyada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Türkiyə belə bir formatın yaradılması mexanizminə müsbət baxır.

Türkiyə prezidenti R.T.Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə burada yenidən təkbətək görüşəcəklərini, regional və beynəlxalq məsələləri bir daha nəzərdən keçirəcəklərini vurğulayıb.

R.T.Ərdoğan Türkiyə-Rusiya Birgə İnvestisiya Fondunun yaradılması sahəsində razılığa gəldiklərini və Rusiya ilə müdafiə sənayesi sahəsində işbirliyini artıracaqlarını da diqqətə çatdırıb: "Regional məsələlərin müzakirəsi üçün Türkiyə-Rusiya-Azərbaycan üçtərəfli formatın təşkili mexanizmlərinin yaradılmasına da müsbət baxırıq. Bununla yanaşı, "Akkuyu" yatağı kimi böyük layihənin icrasını sürətləndirmək üçün aldığımız qərar mühüm əhəmiyyət daşıyır. İnşallah, bu addımlar səyəsində Ankara-Moskva xəttini yenidən təhlükəsiz və dostluq xətti vəziyyətinə gətirəcəyik".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam