Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları ləğv edə bilər

«Brexit»dən sonra zəncirvari reaksiyadan qorunmaq xatirinə Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları tədricən aradan qaldıra boilər.

Xeberinfo.com:   Bunu özünün «Facebook» səhifəsində Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, deputat Vladimir Aryev yazıb.

 UNİAN agentliyinə istinadən xəbərə görə, Aryevin sözlərinə görə, referendum Avropa İttifaqı üçün əsl zəlzələ olub və bunun nəticələrini təşkilat hələ uzun müddət hiss edəcək. Bu nəticələr Uykrayna üçün də xoşagəlməz olacaq.

«Avropa İttifaqı zəncirvari reaksiya getməsin deyə bütün xarici qıcıqlardan özünü təcrid edəcək və daxili problemlərinə qapanacaq. Buna görə də, 2017-ci ildən etibarən, çox mümkündür ki, Rusiyaya qarşı sanksuiyalar tədricən aradan qalxacaq, biz, Türkiyə və Gürcüstan üçün vizasız rekim isə qeyri-müəyyən müddətə təxirə salınacaq», - Aryev qeyd edib.

O bildirib ki, Ukrayna tərəfi «Avropa ölkələrinin hazırda təhlükə altına düşmüş vahidliyinin olmayacağı təqdirdə Rusiyanın hərbi təcavüzünə qarşı dura bilməyəcək».


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam