Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Qondarma ''erməni soyqırımı''nı tanıyan ölkələr - SİYAHI

Qondarma ''erməni soyqırımı''nı tanıyan ölkələr - SİYAHI

 

 

Almaniya bundestaqının qondarma "erməni genosidi"ni tanımağa dair qəbul etdiyi qərardan sonra indiyədək nə qədər ölkənin analoji sənəd qəbul etdiyi maraqlıdır.
Xeberinfo.com:  Ortaya çıxır ki, bu dövlətlərin sayı 30-a çatmır. Bununla belə, ABŞ dövlətini təşkil edən ştatlar da "erməni genosidi"ni tanıyıblar, ancaq onlar müstəqil dövlətlər olmadığından aşağıda verəcəyimiz siyahıya ABŞ-ın tərkibində daxildirlər.  
Modern.az saytı 2011-ci ildə qondarma “erməni soyqırımı”nı tanıyan ölkələrin siyahısını təqdim edib. O vaxtdan bəri bu istiqamətdə ciddi dəyişikliklər olmayıb. Ancaq bu siyahı heç də balaca deyil… 
Beləliklə, həmin ölkələr:
İsveç parlamenti  - 12 mart 2010-cu ildə düzənlənən səsvermə ilə 1915-ci hadisələrini “soyqırımı” olaraq tanıyıb.
Uruquay - 1965, 2004, 2005-ci illər olmaq üzrə üç dəfə qondarma “erməni soyqırımı” iddialarını qəbul edib.
Yunan Kipri - 1982-ci ildə “soyqırımı” iddialarını qəbul edib.
Amerika Birləşmiş Ştatları – ABŞ-ın 41 ştatında “erməni soyqırımı”nın olduğu qəbul edilib. Əsasız “soyqırımı” tanıyan ştatlar: Alyaska, Arizona, Arkansas, Kaliforniya, Kolorado, Kentukki, Konnektikut, Delaver,  Florida, Corciya, Cənub Karolina, Aydaho, İllinoys, Kanzas, Şimal Dakota, Şimal Karolina, Luiziana, Men, Merilend, Massaçusetts, Miçiqan, Minnesota, Missuri, Montana, Nebraska, Nevada, Nyu Hempşir, Nyu Cersi, Nyu Mexiko, Nyu York, Ohayo, Oklahoma, Oreqon, Pensilvanya, Rod Aylend, Tennessi, Yuta, Vaşinqton, Vermont, Virciniya, Viskonsin.
Argentina – “erməni soyqırımı”nı tanıma qanunu 1985-ci ildə qəbul edilib.
Rusiya  - əvvəl 1995-ci ilə, sonra da 2005-ci ildə “soyqırımı” qəbul edib.
Kanada - 1996, 2000 və 2004-cü illərdı qondarma sənəd gündəmə çıxarılıb və hər üçündə də qəbul edilib.
Yunanıstan - 1996-cı ildə “soyqırımı” tanıyıb.
Livan - Livanda yaşayan erməni lobbisinin gərgin səyləri nəticəsində 1997-ci ildə və 2000-ci ildə “soyqırımı” tanınıb.
Belçika – 1998-ci ildə qondarma “erməni soyqırımı”nı tanıyıb.
İtaliya – 2000-ci ildə ermənilərin “soyqırımı”na uğradığını qəbul edib.
Vatikan - İtaliya ilə eyni ildə, 2000-ci ildə əsassız iddianı tanıyıb.
Fransa – 1998-ci ildə “erməni soyqırımı”nı tanıyıb. Fransada sözdə “erməni soyqırımı”nı rədd etmək cinayət sayılır.
İsveçrə - “soyqırımı” iddialarını 2003-cü ildə qəbul edib.
Slovakiya – 2004-cü ildə “erməni soyqırımı”nı tanıyıb.
Hollandiya – 2004-cü iləd erməni issialarını qəbul edib.
Polşa – 2005-ci ildə qəbul edib.
Almaniya – 2005-ci iləd qəbul edin.
Venesuela – 2005-ci iləd qəbul edib.
Litva – 2005-ci ildə qəbul edib.
Çili – 2007-ci ildə qəbul edib.
Birləşmiş Krallığa daxil olan Uels, Şotlandiya və Şimal İrlandiya – 1915-ci il hadisələrini “soyqırımı” olaraq qəbul ediblər.
Qondarma “erməni soyqırımı”nı qəbul edən təşkilatlar:
BMT-nin Ayrı-seçkiliyin Önlənməsi və Azlıqların Qorunması Alt Komissiyası
Avropa Şurası 
Avropa Parlamenti 
Dünya Kilsələr Şurası 
İnsan Haqları Dərnəyi 
YMCA Avropa Birliyi 
“Permanent Peoples” Tribunal..
Görək, bu siyahıya düşən nöbtəi ölkə və ya təşkilat hansı olacaq?
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam