Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycan ərazilərinin işğalını etiraf etdi

Polşanın İctimai Televiziyasının çəkiliş qrupu müvafiq akkreditasiya kartı ilə Azərbaycanda və Ermənistanda səfərdə olub.

Xeberinfo.com:   Səfərin nəticəsində çəkiliş qrupu tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı silsilə verilişlər hazırlanır (http://wiadomosci.tvp.pl/25462349/konflikt-podsycany-przez-rosje).

Dailykarabakh-ın məlumatına görə, jurnalist Pavel Szota müsahibə verən Ermənistan xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Tiqran Balayan deyib: "İlk əvvəl problemin mənbəyini həll etmək lazımdır. Qaçqınlar, işğal olunmuş torpaqlar sadəcə bir nəticədir. Əsas problem Dağlıq Qarabağın statusudur".

Ermənistan XİN-nin rəsmisi bununla Azərbaycan ərazilərinin işğalını və işğal olunmuş ərazilərdən azərbaycanlıların qovulmasını və onların qaçqın və məcburi köçkün vəziyyətinə düşməsini etiraf edir. Bu ölkənin rəsmi mövqeyini çatdıran şəxs tərəfindən Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini təsdiq edən və etiraf edən çox ciddi açıqlamadır.

Ermənistan rəsmisi tərəfindən belə bir kəlmənin səslənməsinə inanmayaraq redaksiya olaraq polyak dilini bilən mütəxəssislərə və polyak dilinin daşıyıcılarına müraciət etdik. Onlar da işğal faktının səsləndirildiyini təsdiq etdilər.

Verilişdə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin də müsahibəsi yer alıb. O, münaqişənin əsasını Ermənistanın Azərbaycan ərazilərini işğalı, işğal olunmuş Azərbaycan ərazilərində Ermənistan qoşunlarının qeyri-qanuni mövcudluğu təşkil etdiyini deyib.

Veriliş əsnasında atışmalarda həlak olmuş erməni və Azərbaycan əsgərinin valideynləri və yaxınlarının müsahibəsi verilib. (“Trend”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam