Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Erməni tərəfi Qarabağa dair ilkin razılaşmanın olmasını inkar edir

041800153325Erməni tərəfi Qarabağ münaqişəsinin nizamlanması üzrə ali səviyyədə görüşün mümkünlüyünü və vaxtını ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə müəyyən etməyib.

Xeberinfo.com:  Turan-ın məlumatına görə, bunu Ermənistan prezidentinin mətbuat katibi Vladimir Akopyan bildirib.

“Hazırki mərhələdə tərəflər və Minsk Qrupunun həmsədrləri ali səviyyədə görüşün mümkünlüyünü və vaxtını müzakirə etməyiblər”, – Akopyan bildirib.

Onun məlumatına görə, yaxın günlərdə RF XİN rəhbəri Sergey Lavrov Ermənistana səfər edəcək. Bu, RF-in nizamlanmaya dair yanaşmasının müzakirəsini davam etdirmək və danışıqlar prosesinə yenidən baxmaq üçün yaxşı fürsət olacaq. Danışıqlar prosesinin mahiyyəti sözsuz ki, Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququdur”, – Akopyan vurğulayıb.

Bu bəyanat prezident Putinin Qarabağ nizamlanması ilə şəxsən məşğul olmaq niyyəti barədə bəyanatından sonra səslənib.

Bu arada Ermənistan prezidenti Serj Sarkisyan bu gün Dağlıq Qarabağa gedib. O, nümayişkaranə şəkildə hərbi vertolyotla gedərək Xocalı aeroportuna enib. Qeyd edək ki, hərbi əməliyyatların davam etdiyi günlərdə Sarkisyan Qarabağa getməmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam