Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

BRÜSSELDƏ 3- cü PARTLAYIŞ: 27 ölü, 50 yaralı – VİDEO

78

Belçikanın paytaxtı Brüssel şəhərində iki partlayış baş verib.

Xeberinfo.com:   Musavat.com-un Türkiyənin NTV kanalına istinadən verdiyi məlumata görə, partlayış Brüsselin hava limanında törədilib.
Belçika rəsmiləri bu partlayışların terror aktı olduğunu bildiriblər.

Partlayışlardan biri aerportun gözləmə zalında, “American Airlines” şirkətinin təyyarə dayanacağına yaxın yerdə , digər partlayış isə uçuş terminalında baş verib.Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir aerportun binasında yanğın var.Partlayışdan sonra aerport bağlanıb, insanlar evakuasiya edilir.

İlkin məlumatlara görə, 11 nəfər həlak olub,30 nəfər isə yaralanıb. Hava alanındakı sərnişinlər evakuasiya edilib.Terrorda yaralananlar hava alanının yaxınlığında olan bir otelə yerləşdiriliblər. Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
Belçikada hazırda ciddi çok yaşanır. Çünki iki partlayışın törədildiyi hava limanı Brüsselin ən ciddi çəkildə mühafizə edildiyi ərazidə yerləşir.
Belə ki, hava limanının yaxınlığında NATO-nun Baş Qərargahının ofisi də daxil olmaqla, bir çox önəmli dövlət idarələrinin binaları yerləşir.
İlkin ehtimallara görə, partlayışların İŞİD terror təşkilatı tərəfindən törədildiyi bildirilir.
Bu terror aktlarından sonra Brüsseldə metro da daxil olmaqla, bütün nəqliyyatın hərəkəti dayandırılıb.
Polis orqanları növbəti partlayıçların ola biləcəyini istisna etmirlər və bu səbəbdən də ölkə paytaxtını tam nəzarətə almağa çalışır.

Son məlumatlara görə, Brüsseldə Avropa Birliyinin (AB) binasının yaxınlığında yerləşən metroda üçüncü partlayış baş verib.

“AzPolitika.info” xarici KIV-ə istinadən xəbər verier ki, bu partlayışdan sonra ölənlərin sayının da artdığı bildirilir. Son məlumatlara görə 27 nəfər ölüb, 10-larla yaralı var. 17 nəfərin aerportda, 10 nəfərin isə metroda həyatını itirdiyi bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam