Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ukraynada hərbçilər oğurlanır

 

Ukraynanın Belbek şəhərində yerləşən hərbi hissənin komandiri Yuliy Mamçur Rusiya hərbçiləri tərəfindən oğurlanıb.

 

"xeberinfo.com" “UNİAN”a istinadən xəbər verir ki, Ukraynanın “Pyatıy kanal” telekanalının məlumatına əsasən,  Mamçur Rusiya hərbçiləri tərəfindən saxlanıldığını şəxsən üzü “Röyters” agentliyinin müxbirinə bildirib.  
 
Hazırda Yuliy Mamçurun harada olduğu məlum deyil.  
 
Ukrayna Müdafiə Nazirliyinin Krım üzrə media mərkəzinin rəhbəri Vladislav Seleznev bildirib ki,  Yuliy Mamçuru son dəfə aviabazaya edilən hücumdan sonra, hərbi geyimdə olan naməlum şəxslə söhbət edərkən görüblər.  
 
Qeyd edək ki, martın 22-də Rusiya ordusu Ukraynanın Belbek şəhərində hərbi hissəni ələ keçirib.
 
   Qeyd edək ki, Rusiya ordusu bundan əvvəl ukraynalı hərbçilərə ultimatum verərək, bir saat ərzində təslim olmalarını tələb ediblər: “Hücum saat 17.00-da (Bakı vaxtı ilə 19.00-da) başlayıb.   Hərbi hissənin darvazaları “BTR”lə uçurulub. Mənbələr hücum zamanı atəş açıldığını bildirirlər, bundan başqa, əməliyyata azı 6 ədəd “BTR 80” cəlb olunub. Xəsarət alanlar barədə məlumatlar yoxlanılır”.
 
    Ukrayna hərbçiləri hərbi hissənin ərazisini tərk ediblər.
 
Vladislav Seleznev qeyd edib ki, hərbi hissəyə hücumda Rusiya Silahlı Qüvvələrinin xüsusi təyinatlı dəstəsi iştirak edib. Xüsusi təyinatlıların hərbi hissəyə aerodrom istiqamətindən daxil olduğu bildirilir.  

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam