Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ərdoğana qarşı şiə üsyanı: türk bayraqları yandırıldı

 

İraqda minlərlə insan Ankaranın ölkənin şimal şəhəri olam Mosul yaxınlığında qoşun yerləşdirməsinə qarşı etirazlara qoşulub.

Xeberinfo.com:   “Reuters” agentliyi xəbər verir ki, İraqın şimalında Türkiyə tərəfindən 150 hərbçinin yerləşdirilməsi bu ayın əvvəlindən Bağdad və Ankara arasında münasibətləri tarıma çəklib.

Bağdad Türkiyə qoşunlarının ölkə ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılması tələbi ilə BMT Təhlükəsizlik Şurasına müraciət edib.

Rəsmi Ankara bu tələbə etiraz edərək bildirib ki, Türkiyənin hərbi qüvvəsi İraq ərazisində beynəlxalq missiya çərçivəsində yerləşdirilib və bundan məqsəd “İslam Dövləti” adlı təşkilata qarşı döyüşən İraq qüvvələrinin təlimləndirilməsidir.

Bağdaddakı Təhrir meydanında, habelə Bəsrə şəhərində keçirilən etiraz aksiyalarında şiə silahlı birləşmələrinin üzvləri də daxil minlərlə insan “Türkiyəyə ölüm, Ərdoğana ölüm” şüarları səsləndirib.

"Bədr" təşkilatının lideri, şiə millət vəkili Hadi əl-əmiri

İraqda qüdrətli hərbiləşdirilmiş “Bədr” təşkilatının lideri, şiə millət vəkili Hadi əl-Əmiri deyib ki, ölkə ərazisinə istənilən bu sayaq müdaxilə təcavüz kimi qiymətləndirilməlidir.

Şiə silahlı birləşmələrinin təşəbbüsü ilə keçirilən etiraz mitinqlərində Türkiyə qoşunlarına, İraq ərazisini tərk etmədikləri təqdirdə hücum ediləcəyi vurğulanıb.

“Bədr” təşkilatının yerli komandirlərindən Amjad Salim Bəsrədə keçirilən mitinqdə əlindəki tapançanı Ərdoğanın portretinə sıxaraq deyib ki, “biz indi türk əsgərinin ayaqları altında od qalamaq üçün komandanın əmrini gözləyirik”.

“Reuters” agentliyinin müxbirləri bildirirlər ki, Bağdadda keçirilən mitinqdə etirazçılar Türkiyənin dövlət bayrağını tapdalayıb və yandırıb, Ərdoğanın portretlərinə “ənənəvi ərəb təhqiri” olaraq ayaqqabılarını çırpıblar.

“Əgər Türkiyə İraqın başının Daeşlə döyüşə qarışdığını görərək qoşun göndərmək fürsətində bulunursa, onda belə bir səhvə yol verərkən yaxşı-yaxşı düşünməlidir” - deyə İran tərəfindən dəstəklənən “Əsaib Əhl-əl-Həqq” qruplaşmasının yerli komandiri Əbu Muntathar əl-Musəvi bildirib.

O deyib ki, yaxın günlərdə türk əsgərlərini hədəfləməyə başlayacaqlar.

Türkiyənin İraqın şimalındakı kürd muxtariyyəti və sünni ərəb qüvvələri ilə əlaqələri ölkənin cənubundakı şiə birləşmlərini xüsusilə qəzəbləndirib.

İraqın dini liderləri Kərbəlada keçirilən ibadət əsnasında Türkiyəni lənətləyiblər.

Böyük ayətullah Əli əl-Sistani deyib ki, Türkiyə terrora qarşı mübarizə bəhanəsi ilə başqa ölkənin ərazisində qoşun yerləşdirməməli idi.

Bu arada ABŞ-ın Təhlükəsizlijk Şurasındakı nümayəndəsi Samanta Pouer deyib ki, Türkiyənin İraqa qoşun göndərməsi Bağdad hökumətini hiddətləndirib və belə addımlar yalnız İraqın razılığı əsasında atıla bilər.

Rusiya təyyarəsinin Suriya-Türkiyə sərhədində vurulmasının ardınca Moskva da Türkiyə qoşunlarının İraqa yeridilməsini “qanunsuz müdaxilə” adlandırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam