Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Türk iş adamının Rostovdakı fabrikinin 15 işçisi deportasiya olunur

3944

 

Türkiyənin Rostovdakı “Merinos” fabrikinin 15 işçisinin Rusiyadan deportasiya olunması haqda qərar qəbul edilib.

Xeberinfo.com:   Türkiyə KİV-inə istinadən xəbərə görə, bunu müəssisənin baş direktoru Ərdoğan Şeker yazılı açıqlamasında bildirib.
“Merinos” Xalça Sənaye və Ticarət Açıq Səhmdar Cəmiyyəti Rusiyanın Rostov vilayətinə qoyduğu sərmayə ilə işləyir. Fabrikimizə federal məmurlar və hərbi qruplar tərəfindən basqın edilib. Bunun ardınca müəssisəmiz əsgərlər tərəfindən mühasirəyə alınıb. İşçilərimiz fabrikin binasından çıxarılıb. Evdə dincələn Türkiyə vətəndaşları olan işçilərimiz müəssisəyə çağırılaraq dindirilib. Onlara Rusiyanı tərk etmək üçün 10 gün vaxt verilmişdi. Ancaq sonradan bu müddət başa çatmadan təcili olaraq Rusiya ərazisini tərk etmələri tələb olunub. 15 işçimizin Rusiyada müvəqqəti yaşamaq üçün icazə sənədləri var, ancaq onlar nəzarət altına alınıblar və deportasiya olunmaları haqda qərar qəbul edilib”, – baş direktorun yazılı müraciətində vurğulanıb.
Baş direktor qeyd edib ki, məmurlar fabrikdə axtarış aparıb, müəssisəyə məxsus kompüterlər yoxlanılıb: “Rostovdakı vəkillərimiz, firmamızın məsulları və konsulluğumuz məsələni yaxından izləməkdədir. Rusiyadakı məmurlar iki ölkə arasındakı gərginliyi haqsız olaraq ifrat dərəcədə qabardırlar. Bununla belə, fəaliyyətimizi davam etdirmək üçün hüquqi yolları axtarmağa davam edəcəyik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam