Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Biz Rusiya ilə münaqişə yaranmasını istəmirik"

 

"Biz gərginliyin yaranmasını istəmirik. Biz yalnız öz təhlükəsizliyimizi müdafiə etmişik".
Xeberinfo.com:   Məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatı İqtisadi və Ticarət İşbirliyi Daimi Komissiyasının 31-ci toplantısında çıxışında deyib.
O bildirib ki, dünya 7 il öncəki iqtisadi böhranı hələ də adlamayıb.
Türkiyə prezidenti "əl Qaidə", "İŞİD" və "Boko Haram" kimi qrupların islam adı altında terrorçuluq fəaliyyəti məşğul olduğunu söyləyib: "Biz 30 ildir terrora qarşı mübarizə aparırıq. Bu müddətdə həyatını itirənlərlə bir neçə gün öncə Malidə öldürülənlər arasında heç bir fərq qoymuruq".
O, noyabrın 24-də Türkiyə sərhədini pozduğu üçün 5 dəqiqə ərzində 10 dəfə xəbərdarlıq edilməsinə baxmayaraq, fəaliyyətini davam etdirdiyinə görə vurulan Rusiyanın "Su-24" təyyarəsi ətrafında yaranan hadisəyə də münasibət bildirib: "Türkiyə BMT və NATO-ya lazım olan məlumatları verib. Onlar (Rusiyanı nəzərdə tutur) İŞİD-ə qarşı savaşdıqlarını bildiririlər. Kimsə-kimsəni aldatmasın. Orada terror qruplaşması yoxdur. İŞİD Cerablusda və onun cənubundadır. Dünənədək belə hadisənin baş verməməsinin səbəbi Türkiyənin xoş niyyətli davranışının nəticəsidir. Türkiyə gərginliyin, düşmənçiliyin tərəfdarı deyil, hüququn, diplomatıyanın tərəfindədir. Suveren haqlarımızın sayılmamasına səssiz və təpkisiz qalacağımız gözləməyin. Bir həftədir Suriyanın Lazkiye bölgəsinin şimalında, Bayırbucaq türkmənlərinin yaşadıqları ərazidən sərhdlərimizə köçü başlayıb.
Bölgədə yaşayan qardaşlarımıza rejimin (Bəşşar Əsədi nəzərdə tutur ) hücumlarına baxmayaraq, sərhədin hər iki tərəfində humanitar fəaliyyətimizi davam etdirəcəyik. Ölkəmizə yeni qaçqın köçünün qarşısını almaq üçün lazım olan tədbirləri görməkdə qərarlıyıq. Suriya xalqının əmin-amanlıq şəraitində yaşaması üçün üzərimizə düşənləri edəcəyik".
Türkiyə prezidenti "Su-24" ətarfında yaranan hadisədən sonra Rusiya ilə münaqişə istəmədiklərini vurğulayıb: "Biz gərginliyin yaranmasını istəmirik. Biz yalnız öz təhlükəsizliyimizi müdafiə etmişik". 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam