Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Krımda fövqəladə vəziyyət

Ukraynanın Xerson vilayətində Krımı elektrik enerjisi ilə təmin edən ötürücü xətt partladılıb. Bu barədə “112 Ukrayna” telekanalı məlumat yayıb.

Xeberinfo.com:   Məlumata görə, bu barədə facebook səhifələrində Ukrayna DİN-in nümayəndəsi İlya Kiva və Rusiyaya birləşdirilmiş yarımadanın ərazisində yayımına qadağa qoyulan ATR Krım-Tatar telekanalının baş redaktoru Osman Paşayev bildiriblər.

Qeyd edək ki, elektrik enerjisinin verilişində yaranmış problem nəticəsində yarımadadakı Simferopol, Sevastopol və digər iri şəhərlər işıqsız qalıb.

***

Krımda noyabrın 22-nə keçən gecə fövqəladə vəziyyət elan edilib. Buna səbəb Ukraynadan yarımadaya elektrik enerjisinin verilişinin tam dayandırılmasıdır. Məlumata görə, bu barədə “RİA Novosti”yə Rusiya FHN-in Krım üzrə idarəsinin informasiya təminatı şöbəsinin rəhbəri Vladimir İvanov bildirib.

Ukrayna DİN-nin məlumatına görə, Ukraynanın Xerson vilayətində Rusiyaya birləşdirilmiş Krım yarımadasını elektrik enerjisi ilə təmin edən ötürücü xətt partladılıb. Elektrik enerjisinin verilişində yaranmış problem nəticəsində yarımada demək olar ki, tamamilə işıqsız qalıb.

“Ukraynadan yarımadaya elektrik enerjisinin verilişinin tam dayandırılması ilə bağlı Krımda fövqəladə vəziyyət elan olunub” - deyə İvanov bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam