Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Terrorizmin belini qıracağıq"

 

Türkiyənin Antalya şəhərində dünya liderlərinin qatıldığı "Böyük İyirmiliyin" zirvə toplantısı (G 20 sammiti) rəsmən açıq elan edildi.
Xeberinfo.com:  Məlumatına, toplantı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "İş20" və "Əmək20" iclasında söylədiyi nitqlə başlayıb. 

Ərdoğan öz nitqində terrorizmlə mübarizə mövzusuna toxunub. Türkiyə prezidentinin sözlərinə görə, terrorizmlə uğurlu mübarizə üçün gənclər arasında məşğulluğu artırmaq lazımdır. "Dünya maliyyə dairələrinin gənclər arasında işsizliyin aradan qaldırılması məsələsinə yetərincə dəstək verib vermədiyini öyrənmək lazımdır. Əgər maliyyə dünyası bununla məşğul olsa biz terrorizmin belini qıra bilərik" - deyə Ərdoğan bildirib.

Öz növbəsində Rusiya prezidenti Vladimir Putin terror təhlükəsini aradan qaldırmaq üçün bütün dünya gücünün səfərbər edilməsinin vacib olduğunu bildirib. 

İclasda nitq söyləyən Rəcəb Tayyib Ərdoğan daha sonra ABŞ prezidenti Barak Obama ilə ikili görüş keçirib. Görüşdə müzakirə olunacaq prioritet məsələlər ötən gün Parisdə baş verən terror hadisələri, Suriya ətrafında cərəyan edən hadisələrin olacağı gözlənilir. 


Barak Obama və Rəcəb Tayyib Ərdoğanın ikili görüşü


Barak Obama və Rəcəb Tayyib Ərdoğan

Sammitdə iştirak etmək üçün Barak Obama bu gün Antalyaya gəlib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam