Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Fransa XİN-dən Dağlıq Qarabağla bağlı mühüm bəyanat

 

"Dağlıq Qarabağı tanımırıq və özlərini Dağlıq Qarabağın rəsmləri kimi təqdim edənlərlə münasibətlərimiz yoxdur"

 

“Fransa yerli idarəetmə orqanlarının təşəbbüsləri Fransa dövlətinin mövqeyini əks etdirmir”.

"Xeberinfo.com":   APA-nın Avropa bürosunun xəbərinə görə, bunu ənənəvi onlayn mətbuat konfransında Fransa Xarici İşlər Nazirliyinin mətbuat katibliyindən bildiriblər.

“Tanınmamış Dağlıq Qarabağ rəsmləri ilə Fransanın yerli idarəetmə orqanları arasında əlaqələr var. Fransa ATƏT-in Minsk Qrupunun həmsədri olduğu halda, həmin əlaqələr bu siyasətlə ziddiyyət təşkil etmirmi” sualına katiblikdən belə cavab verilib:

“Sizin nəzərdə tutduğunuz həmin təşəbbüslər Fransa Respublikasının prezidenti və xarici işlər və beynəlxalq inkişaf nazirinin ifadə etdiyi kimi, Fransanın mövqeyini əks etdirmir. Fransa yerli idarəetmə orqanlarının bu təşəbbüsləri Fransa hökuməti üzərinə öhdəlik qoymur. Bizim mövqeyimiz aydındır, biz Dağlıq Qarabağı tanımırıq və bizim özlərini Dağlıq Qarabağın rəsmləri kimi təqdim edənlərlə münasibətlərimiz də yoxdur”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam