Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

Prezident növbəti dəfə müxalifəti qəbul etdi

 

Ukraynada davam edən siyasi gərginlik fonunda prezident Viktor Yanukoviç növbəti dəfə müxalifət rəhbərlərini qəbul edib.

 

    "xeberinfo.com": Görüşdə ölkənin ədliyyə naziri Yelena Lukaş da iştirak edib. Yanukoviç siyasi gərginliyə son qoymaq məqsədilə müxalifətçilərlə müzakirələr aparıb.

Ukraynanın müxalifət lideri “UDAR” partiyasının sədri Vitali Kliçko prezident Yanukoviçlə görüşündən sonra mətbuata açıqlama verib. Kliçko qeyd edib ki, görüş zamanı tərəflər siyasi məhbusların azadlığa buraxılması məsələsini müzakirə ediblər. Onun sözlərinə görə, bu barədə amnistiya qərarı qəbul edilməsi üçün səsvermə keçirilməsi təklif olunub.

“UDAR” partiyasının sədri, Vitali Kliçko: “Danışıqlar çətin keçir. Onlar saxlanılanları buraxacaqlarını bildirirlər. Sabah da bu məsələləri ətraflı şəkildə müzakirə edəcəyik. Digər bir məsələ isə, etirazçılara qarşı qəbul edilmiş 16 yanvar tarixli utancverici qərarın ləğv edilməsidir. Həmçinin, bu qanuna dair də səsvermə olacaq. Mən özümü Yanukoviç hökuməti tərkibində görmürəm. Mən prezident administrasiyasında mənim pərəstişkarım olan bir neçə polis rəisləri ilə görüşdüm. Görünür, onlar çox güclü ideoloji təbliğatın təsiri altına düşüblər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam