Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

"Terror təşkilatlarına qarşı Türkiyə lazım olan hər cür addımı atacaq"

 

"Bütün terror təşkilatlarına qarşı Türkiyə lazım olan hər cür addımı atacaq. Bu bizim qəti qərarımızdır, çünki bir dövlətin olduğu yerdə ikincisinin qurulmasına imkan verə bilmərik".

"Xeberinfo.com":   Məlumata görə, "Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, çıxışında ölkə vətəndaşlarının qorxu içərisində yaşamamalarını tövsiyə edib: "Çünki vətəndaşların özünə inamı hər şeydən üstündür. Bilmənizi istəyirəm ki, hazırda çox fərqli mübarizənin içərisindəyik. Bu mübarizəni də sonuna qədər lazımi şəkildə aparacağıq. Odur ki, hər bir vətəndaşımız dövlətinə inansın və güvənsin".

Ərdoğan həmçinin ABŞ prezidenti Barak Obama ilə telefonla danışdığını da vurğulayıb: "Həmin danışıq zamanı İŞİD terror təşkilatı ilə mübarizə əzmimizi bir daha nümayiş etdirdik. Qeyd etdik ki, bizim üçün İŞİD terror təşkilatıdır və belə bir terror təşkilatına qarşı Türkiyə həssaslıqla yanaşır. Bu qərarın nəticəsidir ki, bu gün səhər saatlarında İŞİD-in bəzi hədəflərini məhv etdik".

Türkiyənin dövlət başçısı ölkənin 16 rayonunda 300-ə yaxın nöqtədə əməliyyatlara başlanıldığını xatırladaraq əlavə edib ki, hazırda 200-dən çox şübhəli saxlanılıb: "Bu əməliyyat birgünlük deyil. Yəni əməliyyat bundan sonrakı prosesdə də davam edəcək".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam