Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“NATO nüvə silahının tətbiqi ilə bağlı siyasətini dəyişəcək”

 

NATO Ukraynaya görə Rusiya ilə münasibətlərdə gərginliyin artmasına cavab olaraq, nüvə silahının tətbiqi ilə bağlı öz siyasətini dəyişmək fikrindədir.
"Xeberinfo.com":   Məlumata görə, bu barədə “The Guardian” nəşri yazıb.
“Rusiyanın açıq şəkildə öz nüvə qüvvələrini artırmaq planlarından dolayı real narahatlıq mövcuddur. Alyans daxilində bu xüsusda çoxlu diskussiyalar gedir. Biz cari vəziyyətlə bağlı zəruri sayıqlığı saxlamalıyıq”, - deyə NATO-dan olan diplomat nəşrə söyləyib. 
NATO-nun nüvə strategiyası Brüsseldə üzv ölkələrin nazirləri səviyyəsində kuluarlarda müzakirə olunmalı idi. Ancaq ABŞ alyansın nüvə strategiyasının yenilənməsi, NATO hərbi təlimlərində atom silahının rolunun artırılması ilə bağlı görüşü bu ilin sonunadək təşkil eləmək niyyətindədir. 
Bundan başqa, Rusiyanın öz nüvə silahlarını modernləşdirmək haqda verdiyi bəyanatları necə başa düşmək yönündə müzakirələr planlanlaşdırılır: yəni bu bəyanatlar ciddi qəbul olunmalıdır, yoxsa sadəcə, aqressiv ritorikadır?
Musavat.com 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam