Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

İrəvanda gərginlik, polis etiraz aksiyasını zorla dağıtmağa hazırlaşır

 

Ermənistanda işıq pulunun artmasına etiraz olaraq aksiya artıq polislə qarşıdurmaya çevrilmək üzrədir.

"Xeberinfo.com":   Aksiyaçılar paytaxt İrəvan şəhərinin Azadlıq meydanındadır. Onlar elektrik enerjisinə tətbiq edilmiş yeni tarifin ləğv edilməsini tələb edir.

İyunun 17-də dövlət komissiyası tərəfindən qəbul edilmiş qərarda tariflərin avqustun 1-dən təxminən 7 dram artırılması nəzərdə tutulur.

Aksiyaçılar bəyan etmişdilər ki, əgər tələbləri yerinə yetirilməsə, yerli vaxtla saat 19:00-dan Baqramyan küçəsində yerləşən prezident sarayına tərəf irəliləyəcəklər.

Məlumatlara görə, Baqramyan və Dəmirçiyan küçələrində 9 polis avtobusu yeridilib. Bundan başqa Konstitusiya Məhkəməsi və Parlament binasına tərəf polis qüvvələri yeridilib.

İrəvanda aksiyaçıların hakimiyyətə qoyduğu vaxt başa çatan kimi şəhərin Baqramyan və Dəmirçian küçələrinə polis yeridilib.

Son məlumata görə, İrəvanın polis rəisi Valeri Osepyan işıq pulunun qaldırılmasına etiraz edən aksiyaçılara prezidentlə görüşmək uçun 3-4 nəfərdən ibaqrət qrup yaratmağı təklif edib. O, həmçinin qalan nümayişçiləri evlərinə dağılışmağa çağırıb və bidirib ki, polis toqquşma istəmir. Hazırda İrəvanda gərginlik hökm sürür. Saytımızı izləyin.

Virtualaz.org

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam