Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Rusiya dərin böhrandan yayındı”

 

Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxış edərkən ölkəsinin dərin böhrandan yayına bildiyini deyib.
"Xeberinfo.com":   Vladimir Putin bununla yanaşı investisiya cəlb edilməsinin əhəmiyyətini vurğulayıb və hökumətə müvafiq təklifləri hazırlamağı tapşırıb.
“Yeni investisiyaların hamısını vergidən azad etmək barədə təklifləri nəzərdən keçirəcəyik” - deyən Rusiya prezidenti şirkətlərin iqtisadiyyata sərmayə qoyması üçün stimulların yaradılmasına səsləyib.
Putin İraq müharibəsindən sonra “ultimatum dilini seçən” ABŞ-la münasibətlərin soyuqlaşdığını deyib. O, tərəflər arasında birləşdirici amillərin qaldığını da qeyd edib.
Rusiya lideri terrorçuluq və qanunsuz narkotik mübadiləsi əleyhinə müştərək mübarizəni misal çəkib.
“Biz heç bir hərbi blok yaratmırıq... Biz qlobal düşünürük, heç vaxt güc mövqeyindən çıxış etmirik” - deyə NATO blokunu genişlənməkdə qınayan Rusiya prezidenti vurğulayıb.
İqtisadi tədbirin təşkilatçıları tərəfindən “Rusiya Davosu” kimi görülən illik iqtisadi forum cümə axşamı açılıb. Onun işinə qatılanlar arasında 900-dək Rusiya və xarici şirkət rəhbərlərinin olduğu bildirilir. Tədbirdə həmçinin siyasi liderlər və hökumət rəsmiləri iştirak edirlər.
Bu il forumda Yunanıstanın baş naziri Aleksis Tsipras, Qırğızıstan prezidenti Almazbek Atambayev, Çin Dövlət Şurası sədrinin birinci müavini Zhang Gaoli və Səudiyyə Ərəbistanının müdafiə naziri Məhəmməd ibn Salmanın işitirak edəcəyi təsdiqlənib.
Ənənəyə uyğun olaraq forumun ikinci günündə iştirakçılar qarşısında prezident Vladimir Putin çıxış edir (BBC).

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam