Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Müdafiə naziri ABŞ Dövlət Departamentini təhqir etdi

 

      ABŞ Dövlət Departamentinin nümayəndəsi Cen Psaki İsrail müdafiə naziri Moşe Yaalonun ABŞ-ın Yaxın Şərqlə bağlı son təkliflərini və dövlət katibi Con Kerri haqqında fikirlərini yersiz və təhqiredici kimi qiymətləndirib.

  "xeberinfo.com" “Röyters”ə istinadən verdiyi məlumata görə, Psaki qeyd edib ki, Yaalonun açıqlamaları ABŞ-ın İsrailə davamlı dəstəyi fonunda daha qəribə səslənir.

 

    Bununla da ABŞ Dövlət Departamenti İsrailin nüfüzlu “Ediot Axronot” qəzetindəki məqaləyə reaksiya verib. Həmin məqalədə məlumatlı mənbəyə istinadən İsrailin müdafiə nazirinin ABŞ-da və İsraildə keçirdiyi bəzi görüşlərdə səsləndirdiyi fikirlər yer alıb. 

 

Məlumata görə, Yaalon Con Kerrini sadəlövh insan adlandırıb. O həmçinin arzu edib ki, ABŞ diplomatiyasının rəhbəri Nobel sülh mükafatını alsın və İsraildən əl çəksin.

 

Hələlik İsrail hökuməti “Ediot Axronot”dakı məqaləyə münasibət bildirməyib. 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam