Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Soyqırımı ifadəsini işlədə bilməzdim…”

 

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının son iş günündə qurumun sədri Ann Brassör Avropa Şurasında daimi akkreditə olunmuş jurnalistlərlə görüşüb. 

"Xeberinfo.com":  APA-nın Avropa müxbiri xəbər verir ki, A. Brassör media nümayəndələrinə AŞPA sessiyasının yekunlarına dair məlumat verib.
Qurumun Monitorinq komitəsinin Avropa Şurası ölkələrindəki münaqişələrlə bağlı Alt komitənin yaradılmasına münasibət bildirən A. Brassör belə bir komitəyə böyük ehtiyac olduğunu vurğulayıb. “Hər bir komitənin müstəqil şəkildə qərar qəbul etmək hüququ var. Təəssüf ki, AŞPA sədri kimi belə məsələlərə şərh verə bilməyəcəm. Sadəcə onu deyə bilərəm ki, assambleyamızda belə bir Alt komitənin yaradılmasına böyük bir ehtiyac var. Çünki Avropa Şurası ölkələrində çoxlu sayda münaqişələr mövcuddur”.
A. Brassör AŞPA sessiyasının keçirildiyi müddət ərzində “erməni soyqırımı”nın 100 illiyinin qeyd edilməsi ilə bağlı tədbirlərə toxunsa da, Avropa Şurasında “soyqırımı” kəlməsinin işlədilmədiyini söyləyib. “Əlbəttə ki, mən soyqırımı sözünü işlədə bilməzdim, çünki bu, Avropa Şurasının rəsmi mövqeyi deyil”.
AŞPA-da deputatların məsələ ilə əlaqədar imzaladıqları bəyannaməyə gəldikdə isə A. Brassör sənədin Assambleyanın qərarı olmadığını, yalnız onu imzalayan parlamentarilərin mövqeyini əks etdirdiyini bildirib. “Arzu edirəm ki, anım mərasimi, Türkiyədəki seçkilər və biraz zaman keçdikdən sonra tərəflər bir araya gələcək, sülh və əminamanlıq içində öz gələcəklərini quracaq”, – deyə o vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam